Siyasi 08.10.2025 23:20

Nikol Paşinyanın “reallıq testi”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvanda “Artsax” sayıqlayanlar” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Ermənistanda revanşist qüvvələrin fəallaşmasından,  İrəvanda keçirilən mitinqin səhnə arxası və əsas tezislərindən bəhs edilir.

Qeyd olunur ki, İrəvanda “artsax” sayıqlaması bas verir: “Hakimiyyətin sülh gündəliyi yeni müzakirələr yaradır. Nikol Paşinyan “reallıq testi”, xəritə, Konstitusiya dəyişikliyi və siyasi risklər edir. İrəvanda “türk Ermənistanı” ritorikası dolaşır.  Ermənistan-Azərbaycan sülh müqaviləsi, Qarabağ mövzusu istismar edilir. Siyasətdə retro sevərlər yaranıb. Revanşistlər deyirlər ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu gün Qarabağda sakitlik yalnız orada artıq ermənilər olmadığı üçündür. Eçmiədzin erməni kimliyini itirir, İrəvan isə Azərbaycan müftisinin ruhani mərkəzinə çevrilir. İrəvanda türklər yaşayacaqlar, ermənilər isə onların qulluqçularına çevriləcək və ayaqqabılarını yalayacaqlar. Bu, Paşinyan, Ərdoğan və Əliyevin planıdır. Nikol artıq ərazilərin yarısını Azərbaycana verib. O, müxalifəti və kilsəni dağıtsa, Konstitusiyanı dəyişsə, Azərbaycan sülh müqaviləsini  imzalamağa razılaşacaq. Türklərlə sülh içində yaşamağın mümkün olduğunu düşünmək sadəlöhvlükdür”.

Bildirilir ki, Paşinyanın komandası hakimiyyətini qorumaq naminə istənilən alçaq və əxlaqsız addıma getməyə hazırdır: “Qars, Van, Muş və Sasuna qayıda bilmədikləri kimi, Qarabağa da qayıda bilməyəcəklər. Azərbaycan və Türkiyənin çökməsi ilə Qarabağı geri qaytaracaqlarını inanırlar, bu, absurddur. Dəhlizə qarşı çıxanları psixiatra göndərmək lazımdır.

Hakim partiyanı təmsil edən erməni deputatların sözlərinə görə isə Azərbaycan Prezidenti İlham Əliyev müdrik yolu – sülh yolunu seçdi: “İrəvanda özlərinə gözəl yer edən keçmiş “qarabağlı” məmurlar arzularına çatmadılar. Müxalifət Qarabağ məsələsini istismar etməklə diasporanı sonsuz olaraq “sağmaq” istəyir. “Ermənistan dənizdən dənizədək idi” kimi yersiz bəyanatlardan qurtulmalıyıq”.

Sonda vurğulanır ki, Baş nazir Nikol Paşinyanın tərəfdarları Ermənistan ictimai rəyində kifayət qədər ağrılı olan bu mövzu üzrə öz mövqelərini müəyyənləşdirib ifadə etməli olacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 8-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi / 08.10.2025 23:20
Nikol Paşinyanın “reallıq testi”
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
İkinci tur başlayır: 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO