Siyasi 12.10.2019 10:29

Njde ilə bağlı Prezidentin səsləndirdiyi fikirlər tarixi həqiqətdir – Rusiyalı hərbi ekspert

“Beynəlxalq hüquq normaları və tarixi gerçəklik baxımından Qaregin Njde hərbi cinayətkar və nasistlərin əlaltısı olub”.

Rakus.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqini şərh edərkən bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi mövqe tarixi həqiqətə əsaslanan mövqedir. Onun dedikləri həqiqətdir və təkzib oluna bilməz”, – deyən ekspertin sözlərinə görə Qaregin Njde şəxsiyyətinə dair Rusiyanın rəsmi mövqeyi ölkənin Müdafiə Nazirliyi tərəfindən nəşr etdirilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” adlı ensiklopediyasında əksini tapıb.

“Bu nəşrin “Məxfi müharibə. Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat” sərlövhəli altıncı cildindəki “Müharibənin son ili hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə belə bir parça var: “Abverin 114-cü qrupuna (“Dromedar”) dair xəfiyyəlik işi çərçivəsində əks-kəşfiyyatçılar tərəfindən keçmiş daşnak ordusu generalı, mühacir Ter-Harutunyan müəyyənləşdirilərək həbs edilmişdi. Böyük Vətən müharibəsi zamanı Bolqarıstanda erməni millətindən olan 30-dan artıq xəfiyyə tutaraq təxribatçı kimi hazırlıq keçmələrində, təxribatlar törətmək üçün Qızıl Ordunun arxasına göndərilmələrində iştirak edib. 17 təxribatçı saxlanılaraq terror təxribat əməllər törətmələrinin qarşısı alınıb, qalanları axtarışa verilib”. İndi sizinlə söhbət etdiyimiz mövzu üzrə Njde tərəfindən nasist Almaniyası üçün məhz neçə nəfər terrorçu, təxribatçı tutulmasının elə də böyük əhəmiyyəti yoxdur. Mühüm olan Njdenin nasistlərin məxfi xəfiyyəsi olduğunu, döyüşən Qızıl Ordunun arxasında, Sovet İttifaqı ərazisində, sadəcə, kəşfiyyat işi üçün deyil, məhz terrorçu təxribatçı aktlar törətmək üçün çoxlu xəfiyyələr tutduğunu müasir Rusiyada dəqiq bilinməsidir”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, Njde nasistlərin əlaltısı və canisidir: “Onu qəhrəman kimi qələmə verən Paşinyanın dedikləri tarixi həqiqəti əks etdirmir. Paşinyan nasist canisini müdafiə edir. Paşinyana “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının altıncı cildini açıb Njdenin hərbi cinayətlər törətməsi, nasistlərlə əlbir olmasına dair yerləri tapıb diqqətlə oxumağı tövsiyə etmək istərdim”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO