Norveçdə şam ağaclarının qoynunda otel açıldı
Norveçdə, Odda şəhəri yaxınlığındakı meşə ərazisində şam ağaclarının qoynunda ekoloji otel açılıb.
Rakus.az xəbər verir ki, “Helen & Hard Architects” şirkətinin layihəsi ilə tikilən və xüsusi konstruksiyaya malik ekootel müasir arxitekturanın bütün tələblərinə uyğundur.
Əsas tikinti materialı olaraq müxtəlif ağac sortlarından hazırlanan və təqribən 6 metr hündürlükdə yerləşən evlərin ümumi sahəsi 15 kvadratmetrdir. Otelə pilləkənlə qalxmaq mümkündür.
Otelin sahəsinin kiçik olmasına baxmayaraq, burada qonaq otağı, mini mətbəx, vanna otağı və tualet, həmçinin 4 nəfərlik 2 yataq zonası var. Ağac üzərində evlərin hər biri elektrik, internet və məişət avadanlığı ilə təchiz edilib.
Ekooteldə 2 nəfərin bir sutkalıq istirahəti 310 dollara başa gəlir.