Gündəm 20.03.2023 21:10

Novruz tonqalı Qərbi Azərbaycanda yenə alovlanacaq – XRONİKA - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “NOVRUZUN GƏLİŞİ ERMƏNİLƏRDƏ VAHİMƏ YARADIRDI” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda Bahar bayramının necə keçirildiyi, yaşadılması xatırladılıb.

İndiki Ermənistanda 1988-ci ilədək Novruz bayramı bütün bayramların şahı sayılıb.  Məhz Novruz bayramı gələndə ermənilər həmişə vahiməyə düşüb, bütün türk xalqları kimi, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara da dərin kin bəsləyib.

Ümumiyyətlə, Azərbaycanda Novruz xalq bayramına çevrilib. Milli bayram olan  Novruz türkün, Azərbaycan xalqının ulu tarixidir.

Süjet bu arzu ilə bitir: “Əminik ki, Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycandakı əsir yurdlarımızda yenə alovlanacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaç daşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet martın 20-də saat 21:00-da “Qərbi Azərbaycanda Novruz ənənələri” altbaşlığı ilə Baku TV-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Mədəni, Video müsahibə / 22.03.2023 12:45
Qərbi Azərbaycan Xronikası: “Novruzun gəlişi ermənilərdə vahimə yaradırdı” - VİDEO
Maraqlı, Mətbuat / 21.03.2023 11:11
“Bir ömür yaşadın bu dünya üstə…”
Gündəm, Mədəni, Video müsahibə / 20.03.2023 21:10
Novruz tonqalı Qərbi Azərbaycanda yenə alovlanacaq – XRONİKA - FOTO - VİDEO
Hadisə, Mədəni / 20.03.2023 12:31
Qoşqar Vəli yazır: “Novruz astronomik hadisəyə əsaslanan bayramdır” - FOTO
Mədəni / 20.03.2023 09:09
Azərbaycanda Novruz bayramı qeyd olunur
Səhiyyə / 16.03.2023 10:31
Azərbaycanlı alimin Almaniyada yeni elmi tədqiqatı, növbəti beynəlxalq uğuru
Elm və təhsil, Mətbuat / 16.03.2023 09:19
Deyinən qocanın “yalanlar məmləkəti”ndə ədalət axtarışı…
Gündəm, Siyasi / 15.03.2023 10:09
Hors faciəsi – kənd camaatını anbara yığıb neftlə yandırıblar - FOTO - VİDEO
Gündəm, Hadisə, Mətbuat / 14.03.2023 21:50
Ermənilər azərbaycanlıların pulu ilə silahlanırdı: Qərbi Azərbaycan xronikası - VİDEO
Gündəm, Siyasi / 14.03.2023 18:31
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Mədəni / 14.03.2023 11:14
Azərbaycanda İlaxır-Torpaq çərşənbəsi qeyd olunur
Siyasi / 08.03.2023 23:08
Ermənistanın əməl etmədiyi şərt – Qərbi Azərbaycan xronikası - VİDEO
Gündəm, Müsahibə / 08.03.2023 22:54
Paytaxt İrəvan yox, Gümrü olacaqdı – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Müsahibə, Siyasi / 08.03.2023 15:46
Qərbi Azərbaycan Xronikası: İrəvanın paytaxt olması üçün Türkiyəyə təzyiq edilib– ANONS - VİDEO
Mədəni / 07.03.2023 11:31
Qoşqar Vəli yazır: “Yel – su, torpaq və odun hərəkətverici qüvvəsidir”
Gündəm, Mətbuat / 06.03.2023 13:42
Pakistan mediasında ulu öndər Heydər Əliyev ilə bağlı məqalə dərc olunub - FOTO
Gündəm, Siyasi / 03.03.2023 17:07
Nikol Paşinyana sərt cavab: “Etnik təmizləmə insanlıq əleyhinə cinayətdir”
Gündəm, Siyasi / 03.03.2023 14:45
“Dağları aşarkən: Qərbi Azərbaycana qayıdış” – İCTİMAİ DİNLƏMƏ
Müsahibə, Siyasi / 02.03.2023 09:47
“Əlinizə düşən müsəlmanı öldürün” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 01.03.2023 22:10
Qərbi Azərbaycanlıları son anda xilas edən möcüzə - VİDEO
Gündəm, Siyasi / 01.03.2023 19:21
Qərbi Azərbaycan Xronikası: 91 yaşlı sakin Göyçəyə ayaqyalın getmək istəyir – ANONS - VİDEO
Mətbuat / 01.03.2023 11:06
Media.az 5 illiyini qeyd edir
Mədəni / 28.02.2023 10:31
Qoşqar Vəli yazır: “Od çərşənbəsinə atəşpərəstlikdən əvvəl təmizləyici varlıq kimi yanaşılıb”
Mətbuat / 27.02.2023 07:46
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur – MƏQALƏ
Gündəm / 26.02.2023 11:00
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib – RƏSMİ - FOTO
Gündəm, Siyasi / 26.02.2023 10:06
Xocalı soyqırımından 31 il ötür – ACI TARİX - FOTO