Siyasi 22.10.2019 13:06

Novruzov deputatları qanunsuz aksiyalara münasibət bildirməyə çağırdı

“Oktyabrın 19-da millətin əleyhinə olanlar, xarici havadarlarının sifarişi ilə Azərbaycanda sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək istəyənlər icazə verilmiş yerdə deyil, başqa yerdə aksiya keçirmək, polislə qarşıdurma yaratmaq istəyiblər”.

Rakus.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, Milli Məclisin hər bir üzvü buna münasibət bildirməlidir: “Zaman, dövr dəyişib. Prezident İlham Əliyev qətiyyətli siyasət aparır, Azərbaycanın maraqlarını beynəlxalq tribunalarda yüksək səviyyədə qoruyur. Bu isə onları əndişələndirir. Azərbaycanın dindarlarından alət kimi istifadə etdiklərini bildirirlər, bunu ağalarına deyirlər. Prezident, Birinci vitse-prezident məscid tikdirir, bəs bunlar nə edir? Ona görə də hər kəs bunların qeyri-qanuni fəaliyyətinə münasibət bildirməlidir. Özü də təkcə millət vəkilləri yox, yaradıcı şəxslər, təşkilatlar da münasibətlərini ortaya qoymalıdır. Prezident tərəfindən onlara hər cür şərait yaradılıb. Onlar də dəstəklərini ortaya qoymalıdır”.

Parlamentdə qəbul edilmiş qanunların sosial şəbəkələrin fəaliyyətinə mane olduğunu deyənləri yalançılıqda günahlandıran S. Novruzov qeyd edib ki, kim istəyir, yazısını sosial şəbəkəyə yerləşdirir: “Xaricdə oturub Azərbaycanın əleyhinə çıxanlara qarşı mübarizə aparaq, yoxsa burada belə fəaliyyət göstərənlərə? Milli Məclisin fəaliyyəti seçicilərin maraqlarını, dövlətçiliyi qorumaqdır, özünü yox. Milli Məclisin marağı spikerin, komitə sədrlərinin deyil, hamının marağıdır. Biri belələrinə münasibət bildirmir, deyir ki, onların səviyyəsinə düşməyəcək. Alimsən, alim səviyyəsində, yazıçısan, yazıçı səviyyəsində cavab ver. Həmkarlarımdan da xahiş edirəm ki, öz fikirlərini ölçülü-biçili bildirsinlər. Azərbaycanda internet, mətbuat azaddır, söz, fikir azadlığı var. Qanundan kənar heç kim bir addım belə ata bilməz”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO