Gündəm 14.11.2019 15:41

O borclar bəzi məmurların yaratdığı maneə nəticəsində yaranıb – Deputat

“Yoxsul ailələrin hansı sıxıntılar içində yaşadığını bildiyimizə görə, bu addım onların sosial vəziyyətini xeyli yaxşılaşdıra bilərdi”.

Rakus.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisdə gələn ilin dövlət büdcəsinin layihəsi müzakirə olunarkən bildirib.

Millət vəkilinin çıxışının tezislərini təqdim edirik:

“-İstehsalla məşğul olan müəssisələrin Sosial Müdafiə fonduna olan borcları da müəyyən vaxta qədər məsələn 5 il müddətinə dondurulmalı, yəni, ödəmə tətili verilməli ya da dövlət həmin borcları bağışlanmalı ki, müəssisələr daha sağlam işləyə bilsin. Çünkı, o borclar bəzi məmurların yaratdığı maneə nəticəsində yaranıb. Bu borclar hesabların bağlı olması deməkdir. Bu isə müəssisələrə sağlam işləməyə daha çox ciddi problemlər yaradır və müəssisələr iflic duruma düşür.

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qərarına yenidən baxılmalıdır. Bu nə deməkdir? Məsələn işci müəssisədə tokar işləyib iş zamanı İstehsalat qəzasına görə sağlamlığı pozulub iş qabiliyyətini itirib. İndi həmin müəssisədə tokar nə qədər maaş alırsa müəssisə həmin şəxsə həmin maaş qədər pul ödəməlıdir. Müəssisələrdə özəlləşmədən əvvəl olan əlilliyə görə zərər ödəncinin pensiya fönduna devr edilməli çünki, bu ödənişlər də müəssisənin maliyyə imkanlarına neqativ təsir edir.

-Beynəlxalq Əmək Təşkilatının 2018-ci ildə hazırladığı “Qlobal Sosial Müdafiə Hesabatı”nda başqa bir reytinq yenə də Azərbaycan hökumətini qayğılandırmalıdır. Söhbət işszi vətəndaşların sosial müdafiəsindən gedir. Hesabata görə, Azərbaycanda isşiz hesab olunan vətəndaşların cəmi 1.6% işsizlik müavinəti ala bilir, 98.4% belə bir hüquqdan məhrumdur. Hesabata görə, inkişaf etmiş ölkələrdə bu göstərici 50-100% intervalında dəyişir. Keçid ölkələrindən Estoniyada 42% Ukraynada 22%, Polşada 16%, Qazaxıstanda 6% təşkil edir. Ən azı onların səviyyəsinə çatmağa çalışmalıyıq.

-Anaların sosial müdafiəsi probleminə diqqət yönəltmək istərdim. Beynəlxalq Əmək Təşkilatının 2018-ci ildə hazırladığı “Qlobal Sosial Müdafiə Hesabatı”nda göstərlir ki, Azərbaycanda əmək qabliyyətli yaşda qadınların hər 7 nəfərindən biri və ya 14%-i analıq məzuniyyətilə bağlı sosial ödəniş ala bilir. Yerdə qalan 86% ya qeyri-formal məşğulluğa görə, ya gizli işsiz olduğu üçün bu hüquqdan məhrumdur. Hesabata görə, bu göstərici MDB ölkələrindən Ukraynada 100%, Rusiyada 70%, Ermənistanda 61%, Qazaxıstanda 45%, Gürcüstan 24%-dir. İnkişaf etmiş ölkələr heç – onlarda istinasız olaraq 100%-dir. Hər halda hökumət uşaq dünyaya gətirən anaların sosial mühafizəsi barədə çıxış yolu tapmalıdır. Bu həm də onların kiçik övladlarının sağlam böyüməsi üçün vacibdir. Burda söhbət uşaq pulunun bərpasından getmir – ayrı mövzudur. Söhbət əmək qabiliyyətli yaşında işləməyən və işləmədiyi müddətdə ana olan qadınların sosial müdafiəsindən gedir”.

-Dəfələrlə təkrarladığımız kimi, ölkədə uşaqların daha sağlam və güvənli böyüməsi üçün birbaşa uşaqpulunun bərpa olunması lazımdır. Dövlətin imkanları yetərli deyilsə, ilkin olaraq 6 yaşınadək uşaqlara bu ödənişin verilməsi məqsədəuyğun olardı. Yoxsul ailələrin hansı sıxıntılar içində yaşadığını bildiyimizə görə, bu addım onların sosial vəziyyətini xeyli yaxşılaşdıra bilərdi”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO