Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub
Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”.
Rakus.az bildirir ki, bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu, karantin deyil, ənənəvi qaydada tətildir:
“Noyabr ayında ənənəvi tətil olacaqdı. Biz, sadəcə, həmin günləri qabağa çəkmişik.
Ermənistanın hücumuna məruz qalan Gəncə, Naftalan, Tərtər, Bərdə və digər rayonlarda 340 min şagird təhsil alır. Eyni zamanda, Bakı, Sumqayıt, Abşeronda da təhsil alan şagirdlərin sayı çoxdur. Yoluxmanın qarşısının alınması üçün bu addım atılır.
İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək”.
Nazir bildirib ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günləri istifadə edilir:
“Bu tətil hər mənada mövcud təqvim günləri əsasında tətbiq olunur”.