Gündəm 30.08.2020 16:16

“Ölkəmizdə Aşura və Məhərrəmlik ayı həmişə yüksək dərəcədə keçirilib” – Şeyx

Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Operativ Qərargahın qərarına əsasən, məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilmir, ibadətlər müvəqqəti dayandırılıb. Əksəriyyət buna əməl etsə də, qərara qarşı çıxıb mərasim keçirmək istəyənlər də var.

Rakus.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə REAL TV-yə açıqlamasında bu məsələyə münasibət bildirib.

O qeyd edib ki, bu, dövlətin dinə qarşı qərarı deyil, əksinə insanları qorumaq üçün atılmış addımdır:

“Ölkəmizdə Aşura və Məhərrəmlik ayı həmişə yüksək dərəcədə keçirilib. Bunun sübutundan biri də Aşura günündə Ulu öndər Heydər Əliyevin Təzəpir məscidinə gəlib mənbərin dibində oturması, mərsiyə eşitməsi və orada dindarların qarşısında çıxış etməsi idi. İmam Hüseyn əleyhisalama, Kərbala şəhidlərinə verdiyi qiymət çox yüksək idi.

Bu il bizim üçün tamam başqa bir şəkil aldı. Mən buna Allahın bəlası deməzdim. Çünki Alah heç vaxt öz yaratdığına bəla göndərməz. Bu sınaqdır, imtahandır. Bu xəstəliyin əmələ gəlməsi insanın özü üçün yaratdığı bir bəladır. Dua edirik ki, bu xəstəlik tezliklə qurtarsın. Xəstəliyin dünyada geniş yayılması, ölümlərin çox olması göstərdi ki, Azərbaycan da bundan ehtiyat eləsin. Dövlətimiz bu xəstəliyə qarşı xüsusi qərargah yaratdı. Yeni xəstəxanalar tikildi, xaricdən həkimlər cəlb olundu. Amma bəzi dövlətlərdə minlərlə insan bundan əziyyət çəkir, xəstəxanalarda yer yoxdur. Amma bizim ölkədə bunun qarşısı müəyyən qədər alındı. Bu da onun nəticəsidir ki, xalqımız verilən tövsiyələrə qulaq asır. Əgər hansısa insan qanunu pozursa, dövlət tərəfindən cəzalanmalıdır. Biz qanunun tərəfindəyik.

Operativ Qərargahın qəbul etdiyi qərara görə məscid, ibadətxanalar, kilsələr, sinaqoqlar hələlik bağlı olsun. Xəstəlik hələ davam edir. Aşura elə bir şeydir ki, orada dəvətli insan olmur. Aşura günündə cavanlar bir-birinə qarışırlar. Buna görə də bu il Aşuranı bu şəkildə keçirdik. Bir insanı ölümdən qorumaq bütün insanlığı ölümdən qorumaq qədər savabdır. İmam Hüseyn özü şəhid oldu ki, insanlığı qorusun. Çox təəssüflənirəm ki, bəzi adamlar bunu dinə qarşı qərar olduğunu düşünürlər. Bu, dinə qarşı qərar deyil. Dövlət din üçün bütün şəraitləri yaradıb”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO