İdman 06.10.2019 22:35

Ölkəmizdə ilk dəfə olaraq I Budo Festivalı keçirildi - FOTO

 

Oktyabrın 5-də Bakı İdman Sarayında Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə I Azərbaycan Budo Festivalı keçirilib. Tədbirdə Ekologiya Təbii Sərvətlər naziri, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Muxtar Babayev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori və ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının prezidentləri, həmçinin rəsmi şəxlər iştirak ediblər.

Festivalın əvvəlində Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Azərbaycanda birinci budo festivalının keçirilməsindən məmnunluğunu bildirib. Ölkəmizdə budonun inkişaf etdiyini vurğulayan diplomat bildirib ki, bu, Azərbaycanda yapon döyüş sənətlərinə marağın xeyli artmasının nümunəsidir. “Məndə olan məlumatlara görə Azərbaycanda yapon döyüş sənətləri üzrə məşğul olanların sayı 40-50 min nəfərə yaxındır. Bu məni çox sevindirir. Yaponiyada 9 budo ənənəvi döyüş sənətləri növü var. Bugünkü tədbirdə Azrəbaycanda yaxşı tanınan cüdo, karate, aikido, ciu-citsu, sumo və kendo idman növləri üzrə 90-a yaxın idmançı nümunəvi çıxışlar nümayiş etdirəcəklər. İdmançılarınız yapon döyüş növləri üzrə beynəlxalq arenada dəfələrlə qalib gələrək Azərbaycanın bayrağını zirvələrə qaldırıblar. Gələn il Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarında Azərbaycandan da çoxlu sayda idmançının iştirak edəcəyini gözləyirik. İnanıram ki, azərbaycanlı idmançılar Tokioda mükafatçılar sırasında yer alacaqlar”, – deyə Teruyuki Katori bildirib.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev festivalın əhəmiyyətini yüksək qiymətləndirib. O, bildirib ki, festivalın Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, budo döyüş növləri ölkəmizdə xeyli inkişaf edib. “Ölkəmizdə idmanın inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bu qayğı nəticəsində bu gün Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Bugünki festivalda nümayiş olunan idman növləri Gənclər və İdman Nazirliyinin diqqət mərkəzindədir. Bu idman növlərinə aid xüsusi bölməmiz fəaliyyət göstərir. İnanıram ki, belə tədbirlər gələcəkdə ənənə halının alacaq. Gənclər və İdman Nazirliyi bu idman tədbirinin keçirilməsinə bundan sonra da dəstək verməyə hazırdır”, – deyə nazir müavini qeyd edib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev festivalın təşkilinə görə minnətdarlığını bildirib. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə ən nüfuzlu beynəlxalq turnirlərin yüksək səviyyədə təşkil edildiyini vurğulayan Ü.Quliyev bu baxımdan I Avropa, IV İslam Həmrəyliyi oyunlarını, Formula 1 yarışlarını və s. qeyd edib. O, I Budo Festivalının ölkəmizdə yapon döyüş sənətlərinin inkişafına və kütləviliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.

“İlk dəfədir ki, Azərbaycanda budo festivalı keçirilir. Budo festivalı yapon döyüş növlərini əhatə edir. Bu festivalın keçirilməsində əsas məqsəd yapon döyüş növlərinin təbliğatıdır. Biz belə tədbirlər təşkil etməklə Azərbaycan gənclərini sağlam həyat tərzi keçirməyə dəvət edirik. İstəyirik ki, Azərbaycan gəncləri fiziki, əqli və mənəvi cəhətdən sağlam olsunlar”, -deyə Ülvi Quliyev bildirib.

Çıxışlardan sonra yaponiyalı səfir Teruyuki Katori Azərbaycanda yapon döyüş sənətlərinin inkişafındakı xidmətləri olan müvafiq federasiyaların prezidentlərinə diplomlar təqdim edib.

Sonra iştirakçılara müxtəlif döyüş sənətləri ilə tanışlıq imkanı da yaradılıb. Burada yapon döyüş sənətinin altı növü – aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo üzrə nümunəvi çıxışlar təqdim olunub.

Tədbirdə həmçinin Yaponiyanın mədəniyyəti, mətbəxi, şirkətləri, idman federasiyaları və təşkilatları stendlər də nümayiş olunub.

Sonda tədbirin ərsəyə gəlməsinin təşəbbüskarlarından olan Festivalın Təşkilat Komitəsinin üzvləri “olimpiyadünyasi.com” saytına fikirlərini bildiriblər.

Təşkilat Komitəsinin üzvü, Aikido Federasiyasının nümayəndəsi Ramin Məmməd-zadə festivalın əhəmiyyətindən danışaraq, tədbirin gənclərin fiziki və mənəvi sağlamlığının inkişafında, həmçinin onların sağlam həyat tərzinə cəlb olunmasında böyük rol oynayacağını bildirib. Təcrübəli aikido ustası festivalın ənənəvi hal alacağını və gələcək illərdə daha geniş şəkildə keçiriləcəyini qeyd edib.

Azərbaycan Kendo Təşkilatının prezidenti Ramazan Ağayev festivalda döyüş növləri ilə yanaşı, yapon mədəniyyətinin təbliği, Yaponiya və Azərbaycan arasında olan münasibətləri daha da yaxşılaşdırılmasında böyük rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə festivalın əhəmiyyətindən biri də ondan ibarətdir ki, arenaya toplaşan tamaşaçılar yapon döyüş sənətləri haqqında ətraflı məlumat əldə edərək, gələcəkdə hansı idman növü ilə məşğul olmağı özləri üçün müəyyən edə biləcəklər.

Festivalın Təşkilat Komitəsinin üzvlərindən biri olan “Azərbaycan Wado-Ryu Karate-Do” klubunun prezidenti, Əməkdar məşqçi Gündüz Mahmudov Azərbaycan döyüş sənətləri tarixində ilk dəfə olaraq keçirilən festivala əsas hazırlığın ötən ilin oktyabr ayından başladığını qeyd edib. O, bildirib ki, tədbir Azərbaycanda fəaliyyət göstərən Yaponiya Səfirliyinin və Yaponiya şirkətlərinin maliyə dəstəyi ilə həyata keçirilib. “Bu tədbiri təşkil etməkdə əsas məqsəd Azərbaycanda yapon döyüş sənətlərini təbliğ etmək, bu sahədə fəaliyyət göstərən federasiyaların nümayəndələrini bir araya toplamaq, eyni zamanda Azərbaycan və Yaponiya arasında olan mədəni əlaqələri gücləndirməkdən ibarət idi. Festivalda Azərbaycanda fəaliyyət göstərən 5 federasiya və 1 təşkilat iştirak edirdi. Düşünürəm ki, festival istədiyimiz səviyyədə həyata keçdi. Bu gün yeniyetmə və gənclərdə

hansı idman növünü seçmək sualı yaranır. Təbii ki, cavabı tapıb düzgün qərar vermək üçün hər növün xüsusiyyətlərini anlamaq, müsbət və mənfi tərəflərini bilmək lazımdır. İnanıram ki, budo festivalında iştirak edən şəxslər də məhz bu suallara mükəmməl cavab tapıb, düzgün qərar verərək idman növlərində seçim edə biləcəklər. Biz gələcəkdə də ənənəvi olaraq bu festivalı keçirməyi planlaşıdırırıq”, – deyə Gündüz Mahmudov bildirib.

Azər Əlizadə

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO