Mətbuat 05.06.2023 10:00

Ölümü ilə yenidən doğulan Məhərrəm İbrahimov

Hər gün təqvim sayılsa da, tarixə çevrilə bilmir. Təəssüf ki, tarixə çevrilən günlərin hamısı qəhrəmanlıq, qələbə dolu sevincli günlər deyil. Elə günlər var ki, bəzən onun ağrısı bir milləti sarsıtsa da, bir tarix olaraq əbədi qalır. Xalqımızın tarixində belə günlər yetərincədi -20 Yanvar, 26 Fevral, 31 Mart… İki ildir ki, Azərbaycan mətbuatının tarixinə qara həriflərlə həkk olmuş bir gün də var – 4 iyun. 2021-ci ilin o müdhiş, damarlarımızı tarım çəkən, qəlbimizi göynədən o 4 iyundan bizi iki illik zaman məsafəsi ayırır. Həmin gün Kəlbəcərin Susuzluq kəndindən gələn acı xəbər nəinki bizi, eləcə də bütün media dünyasını sarsıtdı. Peşə fəaliyyəti ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində iyunun 4-də saat 11 radələrində tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olan Məhərrəm İbrahimov (Əlioğlu) 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi. O, düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atan Məhərrəmin sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər bölgələrdən gəlirdi. Hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirən həmkarımız dəfələrlə AZƏRTAC-da ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ən yüksək mükafatını isə ölümündən sonra aldı – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini…

Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov yenə də Qarabağa tələsirdi, erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzib dağıntıları lentə alır, tarixə çevirirdi ki, onların törətdiyi dəhşətlərdən gələcək nəsillər də xəbər tutsun. Müharibədən sonra da hərbi formanı əynindən çıxarmayan AZƏRTAC-ın peşəkar müxbiri Məhərrəm Əlioğlu beləcə şəhadətə ucaldı. Tarix yazan həmkarlarımız erməni məkrinin qurbanı oldu.

O, AZƏRTAC-ın da, İkinci Qarabağ savaşının da ilk şəhid jurnalisti oldu. Məhərrəmin də daxil olduğu çəkiliş qrupunun gördüyü işin mahiyyəti və miqyası o qədər böyük və əhəmiyyətlidir ki, onun dəyərini tarix özü verəcək. Zaman keçəcək, azad olunmuş torpaqlarımız yenidən canlanacaq, quruculuq işləri amansız işğalın izlərini itirəcək, gələcək nəsillər 30 illik işğalın dağıdıcı izini onların çəkdiyi, arxivləşdirdiyi və yazdıqlarından öyrənəcəklər.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1989-cu ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirib və həqiqi hərbi xidmətə yollanıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında başa vurub.

Məhərrəm İbrahimovun əmək kitabçasında yeganə bir iş ünvanı var- Azərbaycan Dövlət İnformasiya Agentliyi. O, müxbir kimi əmək fəaliyyətinə başlayanda cəmi 22 yaşı vardı. Məhərrəm Əlioğlu on yeddi il ərzində zəngin, maraqlı və qaynar bir jurnalist və bir əsgər ömrü yaşadı.

İki oğul atası olan Məhərrəmin qismətinə cəmi 39 bahar yaşamaq düşdü. Onun bir ata kimi övladları Uğur və Toğrulla bağlı böyük arzuları vardı. Hamısı yarımçıq qaldı. Onların əlindən tutub məktəbə, özü ilə azad Qarabağa, doğma vətən torpağına apara bilmədi. Oğlanlarının ali təhsil almasına, toylarında qol götürüb oynamasına həsrət qaldı …

Lakin bizim üçün, ailəsi və doğmaları üçün nə qədər ağrılı olsa da, təsəlli odur ki, Məhərrəmin arzularına işıq tutacaq bu gülüzlü övladlar var…

Ölüm fiziki, cismani həyatın sonu olsa da, şəhidlər üçün belə deyil. Şəhidlər torpağa baş qoyan gün yenidən doğulurlar- tarix, Vətən, torpaq üçün, gələcək nəsillərə bir ölməzlik dərsi üçün… Məhərrəmin də əbədiyyət ömrü 2021-ci il iyununun 4-dən başladı. Hər il iyunun 4-ü onun əbədiyyət və yeni doğum tarixidir…

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO