Siyasi 19.03.2020 13:42

Ombudsman BQXK nümayəndəsi ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera və müdafiə üzrə koordinator Emanuela Bertingi ilə görüş keçirib.

Rakus.az xəbər verir ki, Ombudsman Aparatından bildirilib ki, Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələrinə uyğun olaraq, internet resurslarının imkanlarından istifadə edilməklə videogörüntü qaydasında baş tutan görüşün məqsədi hazırda Suriya Ərəb Respublikasının ərazisində əsir və girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyətinin və onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığın müzakirəsindən ibarət olub.

İnsan hüquqları üzrə Müvəkkil ötən illərdə Suriyada davam etməkdə olan vətəndaş müharibəsində iştirak etmək üçün bəzi vətəndaşlarımızın ailələri ilə birlikdə həmin ölkəyə getdiklərini bildirib, hazırda müxtəlif silahlı dəstələrin nəzarətində olan çadır düşərgələrində əsir və girova çevrilmiş insanların, xüsusilə qadın və uşaqların dözülməz şəraitdə saxlanıldıqlarını, yaralı və xəstələrin tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqlarını vurğulayıb.

Həmin şəxslərin yaxın qohumlarından və ailə üzvlərindən çoxsaylı müraciətlər aldığını, həmçinin onları bir neçə dəfə şəxsən qəbul etdiyini qeyd edən Səbinə Əliyeva müvafiq düşərgələrdə olan uşaqların silahlı dəstələr tərəfindən işgəncələrə məruz qaldıqlarını, bəzi uşaqların ailələrindən zorla alındıqlarını və ya qaçırıldıqlarını həmsöhbətlərinin diqqətinə çatdırıb.

Azərbaycan Nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera Ombudsman təsisatı ilə əməkdaşlığa böyük önəm verdiklərini, qeyd edilən məsələlərin diqqətdə saxlanıldığını, bu sahədə fəaliyyətin əlaqəli şəkildə davam etdiriləcəyini, Suriya düşərgələrində saxlanılan şəxslərin, xüsusilə uşaqların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrılacağını bildirib.

BQXK-nin müdafiə üzrə koordinatoru Emanuela Bertingi isə öz növbəsində Suriyadakı saxlanma yerlərində başçəkmələr aparıldığını, dünyanı cənginə alan koronavirus epidemiyasının ümumi fəaliyyətdə bir sıra çətinliklər yaratdığını, bununla belə, problemin həlli istiqamətində koordinasiyalı şəkildə çalışacaqlarını qeyd edib.

Videogörüşdə Ombudsman Səbinə Əliyeva bu düşərgələrdə vəziyyətin humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyədə olduğunu bildirərək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq təxirəsalınmaz tədbirlər görülməsini, o cümlədən Suriyadakı silahlı münaqişənin girovuna çevrilmiş vətəndaşlarımızın maraqlarının müdafiəsində, onlar barədə məlumatların dəqiqləşdirilməsində, bu şəxslərin işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınmasında, eyni zamanda onlara humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsində, həmçinin Azərbaycana qaytarılmalarında və ailələrinə qovuşmalarında köməklik göstərilməsini xahiş etmişdir.

Elena Aymone Sessera faydalı fikir mübadiləsinə və müzakirələrə görə Ombudsmana minnətdarlığını bildirib, qaldırılan məsələlərin əməkdaşlıq çərçivəsində nəzərə alınacağını qeyd edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO