On altı yaşlı şahmatçı İran vətəndaşlığını dəyişdirir
İran şahmatın ən reytinqliçempionu qarşıdakı turnirdə İran adından çıxış etməyəciyini və İsrail oyunçularına qarşı yarışma qadağasına görə vətəndaşlıqdan imtina etməyə hazır olduğunu açıqlayıb.
Rakus.az xəbər verir ki, İran Şahmat Federasiyasının rəhbəri Tehranın ISNA xəbər agentliyinə verdiyi açıqlamasında bildirib: “Əlireza Firuzca hazırda Fransada yaşayır …ola bilsin ki, Fransa və ya ABŞ bayrağı altında oynamaq istəyir”. On altı yaşındakı Əlireza vətəndaşlığını dəyişdirmək istədiyini deyib.
İrandan Əlirezanın vətəndaşlıqdan imtina etməsi barədə açıq-aydın qərarına heç bir reaksiya verilməyib. Əlireza ailəsindən də açıqlanma verilməyib.
İran rəsmiləri daha iki iranlının israilli şahmatçılarla əvvəlki oyunlarda yarışmasına görə Moskvada keçiriləcək Dünya Rapid & Blitz turnirinə qatılmaqdan imtina etdiyini açıqlayıb.
Lakin Əlireza İranın turnirdən geri çəkilməsinə etiraz edib. O, İranın ən yüksək səviyyəli şahmatçısı və dünyanın ikinci ən yaxşı gənc oyunçusudur.
İran rəsmiləri bütün İran idmançılarını israillilərlə yarışmaqdan çəkinməyə çağırıblar.