Mətbuat 27.10.2025 12:22

On bir yaşlı “Report”: Yeni nəsil jurnalistlərin ünvanı

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 11 il ötür. Təbii ki, ötən müddətdə qazanılan nailiyyətlər reportçuların böyük zəhməti, fədakar əməyi hesabına baş verib. Təqribən, 35 illik jurnalistika fəaliyyətimin 5 ili bu gün təkcə ölkəmizdə deyil, dünyada tanınan, beynəlxalq status qazanmış məhz bu İnformasiya Agentliyi ilə bağlıdır. “Report” haqqında danışmaq həqiqətən qürurvericidir. Çünki istər xəbərin əldə olunması, işlənilməsi, yoxlanılması və buraxılması prosesi müasir tələblərə cavab verən səviyyədə qurulub – real, aydın, kreativ, unikal və obyektiv. Təbii ki, bunlar informasiya agentliyi üçün son dərəcə vacib olan keyfiyyət göstəricisidir. “Report” həm də kollektivin idarəedilməsi, əməkdaşlara münasibət, qayğı, bir sözlə, mənəvi xüsusiyyətləri ilə seçilir və sevilir. Mehriban kollektiv, səmimi ünsiyyət bu mətbuat orqanının gündən-günə parlaması, reytinqinin artması, istehsal etdiyi xəbərlərə istinad edilməsi, beynəlxalq aləmdə ölkəmiz adına informasiya məkanını genişləndirməsi üçün yaxşı nümunədir. Dövlət və dövlətçilik prinsiplərini əsas tutmaq, hadisə və proseslərə obyektiv münasibəti ilə etibar qazanmaq, jurnalistika peşəsinə məhəbbət, eləcə də yeni nəsil jurnalistlərin yetişməsi üçün məktəb yaratmaq, gənclərin bu sahəyə marağını artırmaq üçün çalışmaq da reportçuların təməl prinsiplərindəndir.

Bu özəl gündə həmkarlarımızı yaranış günləri münasibətilə təbrik etmək, onlara yeni yaradıcılıq uğurları arzulamaq içdən gələn diləyimizdir. Qoy həmişə “Report” İnformasiya Agentliyinin rəhbərliyi və vətənpərvər kollektivi onilliklər boyu yaşasın, Azərbaycanın köklü xəbər agentliklərindən birinə çevrilsin. Çünki, bu, onlara yaraşır. Yolunuz hər zaman açıq, canınız sağlam olsun, əziz REPORTÇULAR!

Xatırladaq ki, Azərbaycanın media sektorunda mühüm rol oynayan bu agentlik son 11 il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb. 2014-cü ildə fəaliyyətə başlayan və hazırda “Global Media Group” şirkətinin tərkibinə daxil olan “Report” İA qısa müddətdə böyük uğurlara imza atıb. Belə ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərərək, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət, sosial, analitika, hərbi və digər sahələrdə ölkə və dünya gündəmini operativ şəkildə oxucularına çatdırır. Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri işıqlandırmaqla yanaşı, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

 

XƏBƏR LENTİ
Mətbuat / 27.10.2025 12:22
On bir yaşlı “Report”: Yeni nəsil jurnalistlərin ünvanı
İdman / 27.10.2025 08:24
“Veteranlar” və “AzTV” finala vəsiqə qazanıb - FOTO
İdman / 26.10.2025 09:35
Finalçılar bu gün bəlli olur
Hərbi / 25.10.2025 23:24
Silah tarixində Azərbaycan imzası - VİDEO
Siyasi, Sosial / 24.10.2025 23:03
“Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb” - FOTO - VİDEO
Sosial / 24.10.2025 13:22
“Aşağı Necili ilə nəfəs alan Hüseyn-Xəzər Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 24.10.2025 09:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində YARIMFİNAL oyunları başlayır
Siyasi, Təhlil / 23.10.2025 23:26
“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO
Təhlil / 23.10.2025 14:22
Zəngəzur həqiqəti və Paşinyan-kilsə mübarizəsi – ANONS - VİDEO
İdman / 23.10.2025 08:14
Xatirə Turnirinin yarımfinalçıları və bombardirlər CƏDVƏLİ
Elm və təhsil / 22.10.2025 23:38
“Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər” - VİDEO
Elm və təhsil / 22.10.2025 14:35
Sevan adı qıpçaqlardan gəlir – ANONS - VİDEO
İdman / 22.10.2025 08:52
Turnirin 1/4 oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 21.10.2025 23:52
Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO
Sosial / 21.10.2025 14:22
Bazarçay necə Vorotana oldu? – ANONS - VİDEO
Hərbi / 21.10.2025 13:36
Hərb tariximizin itirilmiş səhifələri – ANONS
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib” - VİDEO
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO - VİDEO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO