Gündəm 05.09.2019 13:33

Onlar sabah narkotik aludəçisi olur – Deputat

 

Daha əvvəl xəbər verdiyimiz kimi, Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizəni gücləndirir. İdarədən verilən məlumata görə, əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bəs görəsən polisin bu tədbirləri problemi aradan qaldırmaq üçün kifayətdirmi?

Rakus.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafaya bildirib ki, polisin məlumatında milli mentalitet ifadəsi məqbul deyil və onu qanunvericilikdəki dəqiq adı ilə ifadə etmək lazımdır: “Bu cür addımları hansısa sənəddə, yaxud bəyanatda milli mentalitetə zidd halların qarşısını almaq üçün fəaliyyət kimi göstərmək olar. Lakin qanunvericilikdə bunun dəqiq adları var. Bu adlar üzərində hər hansı bir hüquq pozuntusu, ictimai münasibətlərin pozuntusu baş verərsə, polisin ona müdaxilə etmək imkanı və hüququ mövcuddur”.

Polisin bu təşəbbüsünü dəstəklədiyini deyən F. Mustafa vurğulayıb ki, cəmiyyətdə çaşqınlığın yaranmaması üçün sadəcə orada konkret hüquqi terminlərlə məsələnin daha dəqiq izahı verilməlidir.

Onun sözlərinə görə, bu tədbirlər daha çox narkomaniya, yüngül həyat təzrinə və əxlaqsız yuvaların saxlanılmasına qarşı atılmış addımları nəzərdə tutur: “Xüsusilə yetkinlik yaşına çatmayan oğlan və qızların barlara cəlb olunması kimi problemlər var. Yaxşı olardı ki, bura qəlyanxanalarla bağlı məsələ də əlavə olunsun. Həmin obyektlərə də xeyli sayda gəncin cəlb olunması faktları vardır. Bu da birbaşa həmin gənclərin səhhətinə neqativ təsir göstərir”.

Deputat diqqətə çatdırıb ki, bu cür problemlərlə mübarizə aparanda, ilk növbədə, cəmiyyətin dəstəyini almaq lazımdır: “Çünki bu, təkcə polisin işi deyil. Cəmiyyət bütövlükdə bu məsələlərə qarşı səfərbər olmalıdır. Ən azından hər hansı yeniyetmənin bara cəlb olunduğunu görən vətəndaş özü də bu istiqamətdə təşəbbüs göstərməlidir ki, belə gənclərin sıradan çıxarılmasının qarşısı alınsın”.

Millət vəkilinin fikrincə, məktəblərin yaxınlığında yerləşən qəlyanxanaların mövcudluğu məsələsini də gündəmə gətirmək lazımdır: “Bu da ciddi məsələlərdən biridir. Çünki həmin obyektlərə cəlb olunan məktəbli sonrakı mərhələdə narkotik vasitələrin aludəçisi olur. Bunlar kompleks tədbirlər formasında cəmiyyətin də dəstəyini alaraq edilməlidir”. (E-huquq.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO