Siyasi 29.06.2020 12:25

Oqtay Əsədov AŞPA-nı suçladı

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşması heç kimə sirr deyil. Bəllidir ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilib. Bunu sübuta yetirən bəzi məqamlara toxunmaq istərdim”.

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün “Facebook” səhifəsində bildirib.

Deputat xatırladıb ki, 19 il əvvəl – 2001-ci ildə Azərbaycanla yanaşı Ermənistan da Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh və dinc yolla həll olunmasını üzərinə öhdəlik kimi götürüb: “Amma 20 ilə yaxındır ki, Ermənistan nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, ümumiyyətlə, münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. Həmişə həlledici məqamlarda müxtəlif bəhanələrlə danışıqlardan qaçıb. Ötən müddət ərzində bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürmüş AŞPA-dan hansısa qətiyyətli mövqe, prinsipial addım atıldığnı görməmişik. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Dağlıq Qarabağdakı qanunsuz rejimin keçirdiyi uydurma seçkilərə loyal yanaşması qurumun işğalı leqallaşdırmağa cəhdinin göstəricisidir. Niyə, AŞPA bu məsələyə münasibət bildirmir? AŞPA-nın əsas vəzifəsi məhz insan hüquq və azadlıqlarını qorumaq olsa da, bu qurum Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinsipiallıq göstərməyib. Əgər bu qurumu insan hüquqları, söz azadlığı maraqlandırırsa, öz dədə-baba torpaqlarında işğalçı rejim tərəfindən tutularaq, illərdi girovluqda saxlanılan Dilqəm Əsəgrov, Şahbaz Quliyev məsələsində niyə susur?! Avropa Şurasının heç vaxt işğalçını öz adı ilə çağırmamasının nəticəsidir ki, Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir. Bütün bu sadaladıqlarım AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinin göstəricisidir. Məhz buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq, AŞPA-nın bütün iradlarını kağız parçası kimi qiymətləndirir”.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji kursun nəticəsi olaraq Azərbaycan dövlətinin demokratiya yolu ilə inamla addımladığı bildirən deputat qeyd edib ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir:

“Bu gün dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bir çox ölkələrə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı digər ölkələrə nümunə olaraq göstərib. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib. Bunların fonunda AŞPA-nın mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir. Ümumiyyətlə, hesab edirəm ki, AŞPA fəaliyyətini gözdən keçirməli, ölkəmizə qarış ədalətli mövqe ortaya qoymalıdır”.

O.Əsədov bu ilin fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra mətbuata heç bir açıqlama verməyib. Hətta Milli Məclisin plenar iclaslarında da üzrlü səbəbdən iştirak etməyib.

Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin Sədri olub.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO