Siyasi 11.06.2019 14:19

Oqtay Əsədov Tsereteli ilə görüşdü

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədov Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ilə görüşüb.

Rakus.az xəbər verir ki, MM-dən verilən məlumata görə, spiker belə yüksək səviyyəli səfərlərin gələcəkdə də davamlı olacağına ümidvar olduğunu bildirib.

Bildirilib ki, qonaq ATƏT PA ilə əməkdaşlıq çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycan, Almaniya və Türkiyə deputatlarından ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” yaratmaqdır. Bu platforma çərçivəsində təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələləri müzakirə olunacaq.

Spiker Georgi Tsereteliyə ATƏT PA-nın yay sessiyası çərçivəsində qurumun sədri vəzifəsinə keçiriləcək seçkilərdə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan 25 ildən artıqdır ki, ATƏT-in üzvüdür və bu qurumla əməkdaşlığın daha da dərinləşməsinə önəm verir. Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.

ATƏT PA-nın sədri Georgi Tsereteli Bakıya səfərindən və növbəti dəfə Milli Məclisdə olmağından məmnunluğunu bildirib. O qeyd edib ki, onun təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə də təmsil etdiyi təşkilat bu sahədə səylərini əsirgəməyəcək.

Qonaq ATƏT PA-da Gürcüstan nümayəndəsi kimi xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını söyləyib. O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı və tədbirin əhəmiyyəti barədə fikirlərini açıqladı.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Milli Məclisin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova iştirak edib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS