Mətbuat 01.07.2023 11:17

Oxu.az xəbər saytı 10 illiyini qeyd edir - FOTO - VİDEO

Rakus.az xəbər verir ki, “Report” Oxu.az-ın redaksiyasından hazırladığı reportajı təqdim edir.

Redaksiyaya daxil olur və bayram tətili olmasına baxmayaraq, burada qızğın iş mühitinin şahidi oluruq. Ölkənin ən oxunaqlı saytı statusunu əlində saxlamaq üçün əsas şərtlərdən biri də yəqin ki, çox çalışmaqdır. Bu baxımdan 30 gündə 1 milyon oxunma sayı ilə Oxu.az kollektivi çətin və məsuliyyətli işinin öhdəsindən layiqincə gəlməyi bacarır desək, yanılmarıq.

Saytın Baş redaktoru Ülvi Səfərovla Oxu.az-ın gələcək planları barədə həmsöhbət oluruq: “Bu gün ölkənin ən böyük xəbər saytının 10 yaşı tamam olur. Artıq 10 ildir oxucular bizə etimad göstərir. Təbii ki, bu etimaddan doğan məsuliyyət yükü var. Oxucu kütləsini əldə saxlamaq həmin məsuliyyət yükünü bir qədər də artırır”.

Saytın Baş redaktoru Ülvi Səfərovla Oxu.az-ın gələcək planları barədə həmsöhbət oluruq: “Bu gün ölkənin ən böyük xəbər saytının 10 yaşı tamam olur. Artıq 10 ildir oxucular bizə etimad göstərir. Təbii ki, bu etimaddan doğan məsuliyyət yükü var. Oxucu kütləsini əldə saxlamaq həmin məsuliyyət yükünü bir qədər də artırır. Bu komandanın üzvü olduğumuz üçün qürurluyuq. Həqiqəti çatdırmaq, informasiyanı dolğun şəkildə və hər kəsdən öncə vermək bizim əsas məqsədlərimizdən biridir. Bundan sonra oxucu kütləmizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. Ona görə bundan sonra da Oxu.az-dan yenilikləri gözləməyə dəyər. Xüsusən də ad günümüzdən sonra oxucularımız kifayət qədər yenilikləri müşahidə etmək imkanı əldə edəcək”.

Oxu.az saytının redaktoru Dursun Tağıyeva isə bildirib ki, 10 il ərzində həm oxucuların inamını qazanmaq, həm də xəbərləri operativ şəkildə oxucuların diqqətinə çatdırmaq hazırkı informasiya məkanında böyük iş hesab olunur: “Biz oxucularımızda “Oxu.az hansısa bir xəbəri veribsə, deməli doğrudur” fikrini formalaşdırmağı bacarmışıq. Oxu.az-ın 10 yaşı münasibətilə saytımızın kollektivini və hər bir oxucumuzu ürəkdən təbrik edirəm”.

Redaktor Rövşən Əsədov deyib ki, bu gün informasiya məkanı olduqca zəngindir: “Vətəndaşlar informasiyanı həm xəbər portalları, həm sosial şəbəkələrdən əldə edirlər. Burada rəqabət aparmaq üçün operativ, çevik, qərəzsiz və vicdanlı olmaq lazımdır. Oxu.az bu prinsiplərin hər birinə riayət edərək işinin öhdəsindən layiqincə gəlib və 10 il ərzində oxucularını həm operativ, həm də qərəzsiz şəkildə informasiya ilə təmin edib. Keçmişdə və hazırda bu işdə əməyi olan hər kəsi Oxu.az-ın 10 yaşı münasibətilə təbrik edirəm”.

Saytın siyasət şöbəsinin xüsusi müxbiri Aqşin Kərimov qeyd edib ki, siyasətdən yazmaq olduqca məsuliyyətli və çətin işdir: “Çətinlik isə əsasən müxtəlif mənbələrlə işləmək və gündəlik emal olunan informasiyaları bir yerə toplayıb təhlil etməklə bağlıdır. Ancaq işimə olan böyük marağım bu işin öhdəsindən gəlməkdə mənim üçün əsas stimul olur. Oxu.az kifayət qədər oxunaqlı sayt olduğu üçün burada dərc olunan analiz, siyasi təhlil çox böyük maraqla qarşılanır”.

Əldə edilən mükəmməl hər bir nəticə yaxşı komanda işinin məhsuludur. Oxu.az xəbər portalı da qazandığı nailiyyətlərlə bu fikrin nə dərəcədə yerində deyildiyinin bariz nümunəsidir. Biz də “Report” İnformasiya Agentliyi olaraq bu çətin və məsuliyyətli peşənizdə hər birinizə uğurlar arzulayırıq. Hər zaman qələminiz iti, sözünüz kəsərli olsun!

 

XƏBƏR LENTİ
Mətbuat / 01.07.2023 11:17
Oxu.az xəbər saytı 10 illiyini qeyd edir - FOTO - VİDEO
Gündəm / 01.07.2023 06:57
Erməniləşən Makron – iflasa uğrayan Cənubi Qafqaz siyasəti – TƏHLİL
Maraqlı, Sosial, Video müsahibə / 30.06.2023 20:00
Bazarda torba satan kor erməni pulu daşnaklara verirdi
Hadisə / 30.06.2023 14:38
Saralda erməni qətliamı – Azərbaycanlı poçtalyonun dramı – ANONS
Gündəm / 28.06.2023 06:03
Azərbaycanda Qurban bayramıdır
Sosial / 27.06.2023 19:51
Şəhid anasının Vətən acısı - VİDEO
Gündəm / 27.06.2023 14:11
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Müsahibə, Video müsahibə / 26.06.2023 20:24
Azərbaycan Milli Şurasının qərarına qarşı çıxan 3 ziyalı - FOTO - VİDEO
Hərbi, Təhlil / 26.06.2023 12:02
Döyüşə-döyüşə yaranan Azərbaycan Silahlı Qüvvələri – TƏHLİL
Hərbi / 26.06.2023 10:00
Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçirilib - VİDEO
Hərbi / 26.06.2023 08:02
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur
Maraqlı, Video müsahibə / 23.06.2023 19:43
Qəzənfər kişi: “Ölüm də olsa gedib orada öləcəm” - FOTO - VİDEO
Müsahibə, Sosial / 23.06.2023 13:37
“Ermənilər evimi yandırdılar”- Qəzənfər kişinin həyat hekayəsi – ANONS
Sosial / 23.06.2023 11:13
Qala kəndində şəhid Ədalət İbrahimovun xatirə löhvəsi açılıb - FOTO
Siyasi, Təhlil, Video müsahibə / 22.06.2023 19:35
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı? - FOTO - VİDEO
Dünya, Təhlil / 22.06.2023 17:30
İranda başa çatan hakimiyyət müddəti – aktiv görünən Rza Pəhləvi – TƏHLİL
Mədəni / 22.06.2023 15:18
“Şairlər yurdu, aşıqlar diyarı” – KİTAB TƏQDİMATI - FOTO
Siyasi / 22.06.2023 13:10
“Toponimlər müharibəsi” – Qərbi Azərbaycana açılan qapı – ANONS
Siyasi, Video müsahibə / 21.06.2023 19:36
Erməni girovluğunda qalan Göyçə mahalı - VİDEO
Maraqlı / 21.06.2023 13:22
Rus bolşevik imperiyasının Göyçə planı – ANONS - VİDEO
Mədəni, Video müsahibə / 20.06.2023 19:50
“Qaçqın düşən xalçaçılıq: Hallavar ilmələri” - FOTO - VİDEO
Sosial / 20.06.2023 18:57
“Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbir keçirilib - FOTO
Mətbuat / 20.06.2023 13:38
Tanınmış media nümayəndələrinin qəfil ölüm TARİXLƏRİ - FOTO
Dünya, Təhlil / 20.06.2023 10:06
Avropa İttifaqının qrant fəaliyətində qərəz elementləri – TƏHLİL
Sosial / 20.06.2023 10:00
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib - FOTO
Siyasi, Video müsahibə / 19.06.2023 19:50
“Sülh yolu ilə, təhlükəsiz qaydada Vətənimizə qayıtmaq istəyirik…” - FOTO - VİDEO