“Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə birtərəfli qaydada erməni əsgərlərinin meyitlərini qaytarmağa hazır olduğumuzu bildirmişik”.
Rakus.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
“18 oktyabrdan bizim müraciətlərimiz Ermənistan tərəfindən cavabsız qalır. Bu nadanlıqla Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır”, – deyə H.Hacıyev bildirib.