Azərbaycanda sərt karantin rejiminin daha iki həftə uzadılması nəzərdə tutulur.
Rakus.az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Hədəf” verilişdə qonaq olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, karantinin uzadılmasına məcburuq.
Ş.Mövsümov vurğulayıb ki, heç kəs hazırda pandemiya şəraitində olduğumuzu və karantin rejiminin davam etdiyini unutmamalıdır.
Onun sözlərinə görə, Azərbaycan səhiyyə sistemi pandemiya şəraitinə uyğunlaşdırılıb.