Siyasi 16.12.2019 14:23

Parisdə elmi diasporun təməli qoyuldu - FOTO

Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Fransadakı səfirliyimizin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə elmi diasporamızın təməli qoyulub.

Rakus.az xəbər verir ki, Fransa universitetlərində müxtəlif sahələr üzrə magistratura və doktorantura üzrə təhsil alan, eləcə də artıq doktorluq dərəcəsi almış və elmi tədqiqatla məşğul olan gənc azərbaycanlılar Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təsis yığıncağı keçiriblər. Gənclərimizin əsas məqsədi yaşadıqları ölkədə elmi diasporanın təməlini qoymaq olub.

Onlar elmi diasporanın strukturu ilə bağlı fikir mübadiləsi aparıb, təkliflərini bildiriblər. Elmi diasporanın təşəkkülünə dair fikirlərini bölüşüblər. Bu istiqamətdə perspektivlər, görüləcək işlər haqqında danışaraq, nizamnamə ətrafında müzakirələr aparıblar. Elmi diasporanın inkişafı istiqamətində müxtəlif təkliflər səsləndirilib. Bütün gənclər elmi diasporanın yaradılmasını yekdilliklə dəstəkləyiblər. Bu sahədə Assosiasiya yaratmaq, elektron elmi jurnalın hazırlanması zərurətinə dair fikirlər səsləndirilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də tədbirə qoşulub. O, gənclərin təhsili və fəaliyyəti ilə maraqlanıb, onların fikirlərini dinləyib. Gənclərə elmi diasporanın təşkilatlanması ilə bağlı təklif və tövsiyələrini bildirib.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti Günel Səfərova rəhbərlik etdiyi Assosiasiyanın illik fəaliyyəti haqqında məlumat verərək, həyata keçirilən layihələrdən söz açıb. Soydaşlarımızın Fransada yaratdığı assosiasiyaları təqdim edib və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Yeni yaradılmış “Caspian Research Center” Assosiasiyası, onun məqsədləri haqqında da danışılıb.

Gənc doktorantlar elmi diasporanın yaradılması zərurəti ətrafında müzakirələrini davam etdirərək təşkilatlanma, konkret fəaliyyət strategiyasının hazırlanması ətrafında fikirlərini bölüşüb və müzakirələr aparıblar.

Xatırladaq ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olan diaspora quruculuğu Prezident İlham Əliyevin müdrik siyasəti və dəstəyi sayəsində son illər geniş vüsət alıb.

Fransada Azərbaycan diasporasının 10-dan çox assosiasiyası fəaliyyət göstərir və onların sayı getdikcə artmaqdadır. (Azərtac)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO