Parlamentdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olundu
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Rakus.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib.
S.Qafarova deyib ki, bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir:
“Bu gün Şuşa şəhərinin işğal günüdür. Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.
İclasda Şuşa şəhərində şəhid olan şəxslərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra əslən Şuşadan olan gənc Əsra Məmmədli çıxış edib.
Xatırladaq ki, iclasda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” və s qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.