Siyasi 01.06.2020 14:00

Parlamentdə sosial şəbəkələrlə bağlı TƏKLİFLƏR səsləndi

Milli Məclisin iclasında sosial şəbəkələrin qanunla tənzimlənməsi barədə təkliflər səsləndirilib. 

Rakus.az xəbər verir ki, deputat Nurlan Həsənov bunu son dövrlər sosial mediada müzakirələrin ictimai və siyasi şəxslərə qarşı aqressiv formada aparılması hallarının artması ilə əlaqələndirib.

“Bütün bunlar hücuma məruz qalan insanların fərdi hüquqlarının pozulması ilə yanaşı, eyni zamanda, siyasi müzakirənin mövcudluğunu sual altına salır. Belə qəddar mühitdə insanlar bir çox hallarda ağır sözlərə məruz qalacağından ehtiyat edərək, siyasi müzakirələrdən çəkinir və fikirlərini ifadə etmirlər. Bu isə fikir azadlığını təhlükə altına salır. Buna qarşı mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə olan nifrət cinayətlərinə qarşı effektiv mübarizəsi tələb olunandır”, – deyə N.Həsənov əlavə edib.

Millət vəkili söyləyib ki, 2017-ci ildə Almaniyada altı maddədən ibarət “Sosial şəbəkənin mühafizəsi haqqında” qanun qəbul edilib:

“Bu qanunla sosial şəbəkənin operatorları qarşısında müəyyən öhdəliklər qoyulub. Amma sosial şəbəkələrdə, internet mühitində heç bir qanun işləmir. Nəticədə 2020-ci ilin fevralında “Sağ ekstremizm və nifrət cinayətlərinə qarşı mübarizə haqqında” qanun, bu ilin mart ayında isə “Sosial şəbəkənin mühafizəsi haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd Almaniya hökuməti tərəfindən parlamentə təqdim olunub.

Bu sənədlərlə bağlı müzakirələri izləyirəm. Yeni qanun layihəsində əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar edən istifadəçilərə məxsus şifrələr xüsusi ağırlaşdırıcı hallarda məhkəmə qərarı əsasında sosial şəbəkə operatoru tərəfindən Almaniya Kriminal Federal İdarəsinə bildirilməlidir. Bu, böyük irəliləyişdir və biz də bu istiqamətdə müəyyən işlər görə bilərik”.

Deputat Elman Nəsirov isə bildirib ki, virtual dünyada, sosial şəbəkələrdə qarayaxma, ləkələmə, terrorçuluğa çağırışlar edilir.

Onun fikrincə, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur.

“Bu halları nəzərə alaraq təklif edirəm ki, parlament iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanun qəbul etsin. Bu artıq ictimai sifarişdir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO