Siyasi 27.06.2019 15:44

Paşayeva AŞPA-da Ermənistanın qətlə yetirdiyi uşaqlardan danışdı

Dünyadakı uşaqların yarısının zorakılıqdan əziyyət çəkməsindən ciddi narahat olmalı və onların güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Məruzəçinin irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı, bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq. Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha dəhşətli olur. Körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın qurumun digər üzvü Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o insanlar bu günə qədər də köçkün həyatı yaşayırlar.

Rakus.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımından qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları sadalayıram ki, işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşağa qarşı bu zorakılıqları törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistan AŞPA-nın qəbul etdiyi qətnamələri bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı zorakılıq və cinayətlərin qarşısını almaq üçün təəssüf ki, Avropa Şurası heç bir ciddi addım atmadı. Ermənistan silahlı qüvvələri azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan hərbçiləri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vurdular, 13 yaşlı Aygün Şahmalıyevanı, 2017-ci ildə isə 2 yaşı tamam olmamış balaca Zəhranı qətlə yetirdilər. Bu siyahını davam etdirmək olar. Bu zorakılıqları, cinayətləri törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı, bəlkə nə qədər uşaq bu gün aramızda olardı. “Sizi uşaqlara qarşı törədilmiş zorakılıqlara qarşı birlikdə, ikili standartlara yol vermədən daha ciddi mübarizəyə çağırırıq”, – deyə deputat qeyd edib.

Q.Paşayeva bildirib ki, Azərbaycan uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparır. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərindəndir. Ölkəmiz bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla, beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. İnsan alveri, o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar parlamentimizdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir, maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib.

Deputat qeyd edib ki, Azərbaycanda köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələr aparılıb və bu işlər davam edir. Bütün bunlara baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir.

“İnanırıq ki, bugünkü müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha səmərəli mübarizəyə öz müsbət töhfəsini verəcək”, – deyə Q. Paşayeva vurğulayıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS