Siyasi 23.02.2025 11:21

“Paşinyan anlayır ki, həqiqi sülh üçün xarici müdaxilədən qurtulmaq lazımdır” – TƏHLİL

“Son illərdə beynəlxalq siyasət arenasında baş verən dəyişikliklər Cənubi Qafqaz regionuna birbaşa təsir göstərməkdədir. Xüsusilə Ermənistanın xarici siyasət kursu və regionda davamlı sülhə nail olmaq üçün atdığı addımlar beynəlxalq qüvvələrin və qonşu dövlətlərin maraq dairəsindədir. Ermənistanın tarixi və geosiyasi mövqeyi onun xarici siyasətinə təsir edir. Eyni zamanda daxili siyasi proseslər də bu məsələdə həlledici rol oynayır. Hazırkı mərhələdə Ermənistan rəhbərliyi müxtəlif çağırışlarla üzləşir və bu çağırışlara uyğun siyasət formalaşdırmağa çalışır”.

Rakus.az xəbər verir ki, Ermənistanın xarici siyasətində atdığı addımlar barəsində Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Rizvan Nəbiyevin fikirincə, bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyanın açıqladığı 14 bəndlik layihədə bir neçə məqam diqqət çəkir: “Bunlar konstitusiya dəyişikliyi, regionda sülhün bərqərar olunması və xarici siyasətlə bağlıdır. Paşinyana görə, dövlətin mövcudluğu xalqın öz taleyini müəyyən etməsi üçün ən vacib faktordur, yəni dövlətçilik əsas prinsipdir. Maraqlıdır ki, Ermənistanın birinci prezidenti Ağdamın işğalı günü verdiyi bəyanatda qeyd edirdi ki, ermənilər 600 il ərzində dövlətçiliyə sahib olmayıb. Paşinyanın bu fikri səsləndirməsi isə əldə edilənləri qorumaq cəhdi kimi görünür. Digər bir məsələ isə Paşinyanın qonşulara, o cümlədən şimala və digər istiqamətlərə verdiyi bəyanatdır. O, xarici müdaxilə olmadan sülh əldə etməyin və qonşularla sülh şəraitində yaşamağın vacibliyini vurğulayır. Lakin burada ziddiyyət var. Çünki Avropa İttifaqının müşahidə missiyası Ermənistan ərazisində fəaliyyət göstərir, ölkə isə silahlanmanı davam etdirir. Bununla yanaşı, Paşinyan nəzəri baxımdan qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının zəruriliyini qəbul edir”.

Deputat qeyd edib ki, Ermənistan dərsliklərindən siyasi həyata qədər zəhərli bir ideologiya hökm sürür və Paşinyan da bu ideologiyanın məhsuludur: “Lakin baş nazirin hazırkı siyasi məsuliyyəti və beynəlxalq proseslər onu bu bəyanatları səsləndirməyə məcbur edir. Ermənistan anlayır ki, regionda həqiqi sülhə nail olmaq üçün xarici müdaxilədən qurtulmaq lazımdır. Halbuki 90-cı illərdə Ermənistan 1 milyard dollar dəyərində pulsuz silah yardımı almış və digər dəstəklərdən faydalanmışdır. Ancaq 30 ildən sonra bu siyasət iflasa uğradı və indi anlayırlar ki, real sülh üçün xarici müdaxilənin minimuma endirilməsi vacibdir. Bu, o demək deyil ki, beynəlxalq  aləmdə iki və ya çoxtərəfli münasibətlərin inkişafı olmamalıdır. Amma bunun dominant xarakter daşıması fəlakətə aparıb çıxarır. Paşinyan da cəmiyyəti məhz buna səsləyir”.

R.Nəbiyev bildirib ki, Ermənistan cəmiyyətində türklərə və qonşu dövlətlərə qarşı nifrət ideologiyası hökm sürür: “Bu ideologiyanın daşıyıcıları hazırda parlamentdə və hökumətdə təmsil olunur. Paşinyan bu nifrət dolu ideologiyadan cəmiyyəti qurtarmaq istəyir, lakin bu zaman tələb edən bir prosesdir. Ola bilsin ki, ilin sonuna qədər müəyyən addımlar atılsın. Məsələn, Ermənistan Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının birləşmək haqqinda 1989-cu ilin 1 dekabrda qəbul etdiyi hüquqa zidd qanunu Ermənistan parlamenti bu gün də ləğv edə bilər. Konstitusiyanın preambulasında edilməli olan dəyişiklik referendum yolu ilə də reallaşdırıla bilər. Ermənistanın sülh müqaviləsini imzalaması üçün fundamental hüquqi əsas lazımdır. Belə hüquqi baza yaradılmalıdır ki, gələcək hakimiyyət dəyişikliyi və ya digər proseslər zamanı kimsə yenidən ərazi iddiaları ilə çıxış etməsin. Bu məsələlər, əslində Azərbaycanın ortaya qoyduğu prinsipial tələblərlə də üst-üstə düşür. Bu tələblər Ermənistan üçün də xilasedici rol oynayır. Çünki davamlı sülh yalnız sağlam və hüquqi əsaslara söykənən siyasətlə mümkün ola bilər”.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO