Təhlil 11.02.2025 18:15

“Paşinyan Qərbi azərbaycanlıların əsl istəyini eşitmək istəyirsə…” – ŞƏRH

“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair əsassız və qərəzli fikirlər səsləndirib. Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə geri qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə, İcmanın istəyini elə onların özlərindən öyrənmək məqsədi ilə İcma nümayəndələrini qəbul etməlidir”.

Rakus.az xəbər verir ki,  bunu Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir: “Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk dəfə deyildir. Vaşinqton səfərindən uğursuz qayıdan, “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ Administrasiyası ilə dialoq qura bilməyən Paşinyan ardınca etdiyi Paris səfərində revanşist məqsədləri üçün yenidən dəstək aldı. Erməni baş nazir militarist niyyətlərini ört-basdır etmək üçün növbəti dəfə mətbuata üz tutdu.

Dövlət sərhdədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üçün iki dövlət arasında komissiyanın fəaliyyət göstərdiyini, bu fəaliyyət üçün komissiyanın reqlamentinin hər iki tərəfdən təsdiq edildiyini vurğulayan Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadıması üçün onun hökuməti Brüsselə müraciət ünvanladı. Təbii ki, Fransanın xeyir duası, Avropa İttifaqı üzvü olmayan Kanadının iştirakı ilə daha iki il müddətə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi, müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkda davam edəcəklər”.

O bildirib ki, Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd işğal altında saxlamaqla, 700 000 Azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 Azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq, etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaratmışdır: “Ermənistan dövlətinin və onun silahlı qüvvələrinın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilmişdir. Təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin əməllərinin hazırda Bakıda keçirilən məhkəmə prosesində sübutu Ermənistanın dövlət məsuliyyətinin sübutu yolunda cox ciddi addımlardır”.

R.Nəbiyev vurğulayıb ki, bu cinayət əməllərinin Bakı məhkəməsində sübutu isə zaman məsələsidir və Paşinyan hökuməti də bunu başa düşür və çox narahatdır: “Buna görə də, Paşinyan bir neçə həftə öncə Bakıda müttəhimlər kürsüsündə əyləşən və təqsirli bilinən şəxslərə “narkotik maddələr verilməsi kimi” absurd iddianı səsləndirdi. İndi isə Ermənistan baş naziri növbəti manipulyasiyaya ələ ataraq, bəşəriyyətin gözü qarşısında, şəffaf və açıq şəkildə baş tutan, “İkinci Nürnberq prosesi” kimi tanınan məhkəməni aşağılayır. Bu bir daha təsdiqləyir ki, İrəavnın siyasi dairələrinin Bakıda baş tutan məhkəmə prosesinin nəticəsi və onun perspektivindən ciddi narahatdırlar”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO