Müsahibə 09.09.2025 18:38

“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tədqiqatçı Sabutay Hacıyev olub.

O, Rusiya-Azərbaycan münasibətlərindən, ermənilərin azərbaycanlılara, türklərə qarşı tarixi düşmənçiliyinin səbəbindən, İrəvanda, Qərbi Azərbaycanda türk izlərinin tarixi coğrafiyası ilə bağlı tədqiqatlarından söz açıb: “Rusiya ilə Azərbaycan arasında fikir ayrılıqlarının səbəbi qlobal siyasətlə bağlıdır. Ermənilərin azərbaycanlılara və türklərə tarixi düşmənçiliyi xəyanət üzündən yaranıb. Ermənilərin xəyanəti azərbaycanlılara və türklərə qarşı düşmənçiliyə səbəb olub. Ermənilər fövqəlgüclərin köməyi ilə Azərbaycan ərazisində məskunlaşdılar”.

Onun sözlərinə görə, bütün arxivlərə görə İrəvan tarixi Azərbaycan şəhəridir: “1924-cü ildə memar A.Tamanyan İrəvanın yeni memarlığını yaratdı. İrəvanın tarixi memarlığının dağıdılması erməni millətçiliyinin əlinə keçdi. İrəvanda aparılan arxeoloji qazıntılar zamanı azərbaycanlılara məxsus keçmiş aşkar edilib. Ermənistan SSR-də Azərbaycan təhsilinin səviyyəsi həmişə aşağı salınıb”.

Tədqiqtçı Baş nazir N.Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışdığını, Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın öz iqtisadiyyatını suveren idarə etmək imkanı əldə edəcəyini deyib.

S.Hacıyev Xankəndidə qondarma rejimin “xarici işlər nazirliyinin” binası sökülməsi, Bakı və İrəvan arasında yaxınlaşma, Qərbi azərbaycanlıların geri qayıdışı məsələlərinə də toxunub: “Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir. Ölkələr arasında əlaqələr nə qədər sıx olarsa, sülh də bir o qədər möhkəm olar. Əlaqələrin inkişafında ölkələrimiz arasında sərhəd şəffaflaşacaq. Qayıdış məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmayacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə sentyabrın 9-da saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Снесение здания МИД в Ханкенди – уничтожение следов сепаратизма на наших землях» — Хроника Западного Азербайджана az+rus

Сегодня на телеканале Baku TV в рамках проекта «Хроника Западного Азербайджана» вышел очередной выпуск на русском языке.

Гостем ведущей Эллады Сарван был исследователь Сабутай Гаджиев.

Он рассказал о российско-азербайджанских отношениях, причинах исторической неприязни армян к азербайджанцам и туркам, а также о своих исследованиях исторической географии турецких следов в Иреване и Западном Азербайджане: «Причина разногласий между Россией и Азербайджаном связана с глобальной политикой. Предательство армян привело к враждебному отношению к азербайджанцам и туркам. С помощью сверхдержав армяне обосновались на территории Азербайджана».

По его словам, согласно всем архивным данным, Иреван — исторический азербайджанский город: «В 1924 году архитектор А. Таманян создал новую архитектуру Иревана. Уничтожение исторической архитектуры Иревана играло на руку армянскому национализму. В Иреване археологические раскопки раскрыли прошлое, принадлежащее азербайджанцам. В Армянской ССР снижали уровень азербайджанского образования».

Исследователь заявил, что премьер-министр Н. Пашинян стремится избавиться от российского влияния, и с открытием Зангезурского коридора Армения получит возможность суверенного управления своей экономикой. С. Гаджиев также коснулся темы сноса здания МИДа, так называемого  режима в Ханкенди, сближения Баку и Иревана и возвращения западных азербайджанцев: «Снесение здания МИД в Ханкенди – уничтожение следов сепаратизма на наших землях. Насколько близки отношения стран, настолько прочен мир. В развитии отношений граница между нашими странами станет прозрачной. Вопрос возвращения не будет решен в рамках международного права».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 9 сентября в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 09.09.2025 18:38
“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO
Təhlil / 09.09.2025 16:45
Xamənei niyə Pezeşkianı himayəsinə alır? – TƏHLİL
Sosial / 09.09.2025 14:22
Adı Musagyuğ edilən türk məskəni – ANONS
Siyasi / 09.09.2025 13:18
“Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışır” – ANONS
Müsahibə / 08.09.2025 23:54
“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Təhlil / 04.09.2025 22:29
Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO
Siyasi / 04.09.2025 14:36
Paşinyan İrəvanı təhvil verir? – ANONS - VİDEO
Hərbi / 04.09.2025 11:34
Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi – MƏQALƏ
Mədəni, Siyasi / 03.09.2025 23:39
İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti  - VİDEO
Siyasi / 03.09.2025 14:38
İrəvanda müsəlman mübarizəsi – ANONS
Siyasi, Sosial / 02.09.2025 23:16
Aşağı Novruzlu, Aşağı Pirtikan, Aşağı Talin toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 18:33
“Ermənistan öz xalqının təbiətinə zidd olan dövlətdir” - FOTO - VİDEO
Sosial / 02.09.2025 14:12
XIX əsri yaşadan kənd – ANONS  - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 13:46
Azərbaycanın qlobal iqtisadiyyatda böyük rolu – ANONS
Hərbi, Mətbuat / 11.08.2025 17:16
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Naxçıvan kitabxanalarına paylanılıb - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.07.2025 22:51
Ermənistan İrana, Rusiyaya, eləcə də Avropadakı müttəfiqi Fransaya “pas” atır - VİDEO
Təhlil / 31.07.2025 14:47
Paşinyanın pərdəarxası oyunu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 30.07.2025 23:57
“Azərbaycanlı nazir Parisə getmək üçün istefa verdi” - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 30.07.2025 16:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – TAM MƏTN - FOTO - VİDEO
Elm və təhsil / 30.07.2025 14:50
SSRİ-ni qorxudan irəvanlı filosof – ANONS - VİDEO
Siyasi, Sosial / 29.07.2025 23:30
Aşağı Gözəldərə, Aşağı Güllüdüz, Aşağı Molla Saflar, Aşağı Necili – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 29.07.2025 18:36
“İrəvanda azərbaycanlıların evləri xəstəxana edilib” - FOTO - VİDEO
Sosial / 29.07.2025 14:22
Xaricdən gələn ermənilərin özəlləşdirdiyi türk məkanı – ANONS - VİDEO