Təhlil 10.01.2025 10:01

Paşinyanın Qərbi Azərbaycan xofu – TƏHLİL

İrəvan hakimiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələblərini yerinə yetirmək əvəzinə, bu proses ətrafında spekulyasiyalara, çaşdırıcı mövqe sərgiləməyə davam edir.

Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə yaydığı statusda növbəti cəfəngiyyat səsləndirib, tarixi və coğrafi yalanlara yol verib.

Azərbaycan nəinki Ermənistana qarşı ərazi iddiası ilə çıxış edib, heç vaxt belə təşəbbüsdə də olmayıb. Sadəcə, əsas tələb və istək yüzminlərlə azərbaycanlının pozulan hüquqlarının bərpasıdır.

Paşinyan isə növbəti dəfə ölkələrin qərb və şərq rayonlarının adlarını çəkərək cəmiyyəti çaşdırmağa çalışır və Azərbaycanın nəyə nail olmaq istədiyi barədə əsas məsələdən yayınır.

Azərbaycan “Qərbi Azərbaycan” dedikdə, yüzminlərlə soydaşımızın geriqayıdışı, onların pozulan hüquq və azadlıqlarının bərpasını nəzərdə tutur. Rəsmi Bakı üç dəfə deportasiyaya məruz qalan soydaşlarının geridönüşünə nail olmağa çalışır. Prezident İlham Əliyev də dəfələrlə bunu bəyan edib. Elə Azərbaycan kanallarına son müsahibəsində də digər məsələlərlə yanaşı, bu məsələyə də toxunub.

Torpaqların azad olunması ilə əsas missiyanı yerinə yetirən Azərbaycanın ikinci missiyası Böyük Qayıdış və bərpa-quruculuq işləridir ki, bu proses də uğurla davam edir. İndi isə üçüncü missiya ilə üz-üzəyik. Söhbət Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışından gedir.

Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, 10 il bundan əvvəl bu mövzunu artıq siyasi gündəliyə gətirib. Məhz həmin illərdə onun tövsiyəsi ilə Azərbaycan alimləri elmi əsərlər yaratmağa başladılar. Məsələn, İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılıb, Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması barədə tarixi xəritələr çap etdirilib.

Qərbi Azərbaycan İcması yaradılıb, onun fəaliyyəti daha da təkmilləşdirilib, o cümlədən bir çox beynəlxalq təşkilatlarla təmaslar qurulub və bu məsələ artıq beynəlxalq gündəliyə salınıb.

Ermənistandan əsas tələb odur ki, yalan iddialar yaymağı dayandırmalı və hüquqları pozulan azərbaycanlıların legitim tələblərinə qulaq asmalıdır. Lakin görünən odur ki, Paşinyan və komandası ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.

Paşinyanın məlum statusundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanat səsləndirib.

“Qərbi Azərbaycan” ifadəsinə irad tutan Mirzoyan Ermənistanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışıb. Halbuki, “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir.

Bir faktı da qeyd edək ki, Ermənistan rəhbərliyi bütün məsələlərdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində “sürüşkən mövqe”yi ilə seçilib. 2023-cü il iyulun 25-də Paşinyan verdiyi bəyanatında azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialarını yada salmaq kifayətdir. Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq, qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti də Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir.

Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyan və Ararat Mirzoyanın açıqlamaları ilə keçmiş liderlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyandan geri qalmırlar. Sonuncular konkret cinayətlərinə görə məhkəmə qarşısına çıxarılmalı olduqları halda, Paşinyan və komandası susmaqla onları müdafiə etmiş olurlar.

Qərb dünyası da Ermənistanı insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməyə çağırmalı, öz torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmaq hüququnu təmin etməlidir.

Hesab edirik ki, Prezident İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər erməni siyasi rəhbərliyinə verilən ən tutarlı cavabdır. Prezident bildirib ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.

Ən əsası, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bu gün də biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Təəssüflər olsun ki, Ermənistan iqtidarı hələ ki susmağa üstünlük verir.

“Report” İnformasiya Agentliyi

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS