Siyasi 23.09.2019 12:40

Paşinyanın səfəri zamanı “Qarabağ Azərbaycandır! İşğala Son Qoy!” şüarını daşıyan təyyarələr qaldırıldı

Ermənistanın baş naziri Nikol Paşinyan 22 sentyabrda Los Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

Rakus.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycandır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N. Paşinyanın Los Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində, həmçinin “NewzBlaze” qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, antisemitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N. Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

Təyyarə şüarının və rəqəmsal plakatların qısa videosuna burada baxmaq olar: https://youtu.be/adwYRaBrTmA

Xatırladaq ki, yarım milyonadək erməninin yaşadığı Los Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO