Siyasi 12.09.2019 16:18

Pekində konfrans keçirildi - FOTO

Çinin paytaxtı Pekində Yeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə konfrans keçirilir.

Rakus.az xəbər verir ki, YAP ilə ÇKP arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə dair “Xalqların rifahı naminə” mövzusunda keçirilən konfransda çıxış edən ÇKP-nin beynəlxalq əlaqələr şöbəsinin nazir statusunda rəhbəri Sun Tao hər iki ölkədə uzun illərdir hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının səmimi dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin olduğunu deyib. Ötən 20 ildə iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.

“İki partiya arasında əməkdaşlıq hazırda davamlı inkişaf edərək möhkəmlənir. Bu gün biz dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmaqla, təntənəli şəkildə münasibətlərimizin 20 illiyini qeyd edirik. Qarşılıqlı səfərlər bu əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynayır. Tarix göstərir ki, iki partiya arasında yaxınlaşma, əməkdaşlığın dərinləşməsi dövlət başçılarının iradəsi sayəsində mümkün olub. Hər iki partiya xalqa söykənərək, dövlətin inkişafı üçün çalışır”, – deyə Sun Tao bildirib.

O təmsil etdiyi partiyanın Çin dövlətinin inkişafı, xalqın rifah halının yüksəlməsi istiqamətində gördüyü işlərdən danışıb, ötən 70 ildə Çin Xalq Respublikasının Kommunist Partiyasının idarəçiliyi ilə əldə etdiyi uğurlardan danışıb.

Sun Tao Çin Kommunist Partiyasının yaxşı dost və tərəfdaş kimi Yeni Azərbaycan Partiyasının dövlət idarəçiliyi konsepsiyasını yüksək qiymətləndirdiyini deyib. Görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası ölkənin inkişafı üçün siyasi və iqtisadi islahatlar aparıb. Biz YAP-ın bu istiqamətdə qazandığı uğurlara sevinirik. Tarixi İpək Yolu Çin və Azərbaycana sarsılmaz dostluq əlaqələri bəxş edib. Müasir dövrdə isə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkələrimiz sıx əməkdaşlıq edir.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verdiyini, əlaqələrin bütün sahələrdə dərinləşməsində və genişlənməsində maraqlı olduğunu deyib.

Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq Prezident İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilib və ikitərəfli əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Məhz bu cür sıx əməkdaşlıq münasibətləri iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında fəal əməkdaşlığın formalaşmasına münbit şərait yaradıb. Bu cür yüksək səviyyəli əlaqələr sayəsində hakim partiyalar arasında qarşılıqlı səfərlər təşkil olunur, dövlət və cəmiyyət idarəçiliyi sahəsində təcrübə mübadilələri həyata keçirilir.

Milli Məclisin komitə sədri Azərbaycanın və Çinin bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirdiklərini deyib. Belə ki, Azərbaycan “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə müvafiq olaraq həllinə tərəfdardır.

Qeyd olunub ki, Çinin dövlət başçısı tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsü ikitərəfli münasibətlərimizin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə onun həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin cari il aprelin 25-27-də Pekin şəhərində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ölkələrimizin sözügedən təşəbbüsü birgə reallaşdırmağa sadiqliklərinin bir daha təsdiqi kimi dəyərləndirilməlidir.

Hadı Rəcəbli Azərbaycanın əldə etdiyi uğurlardan, iqtisadiyyatın inkişafından, əhalinin sosial rifah halının yüksəlməsindən, beynəlxalq aləmdə artan nüfuzundan danışıb.

Konfrans digər çıxışlarla davam etdirilib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS