Maraqlı 19.12.2019 17:49

Salyanda yaşayan pinəçi 100 yaşlı boşqabı qoruyur - FOTO

Salyan sakini Elmir Muradov 100 il yaşı olan boşqabı ən dəyərli xatirə kimi qoruyub saxlayır. O, bu antikvar əşyanı yaxın gələcəkdə muzeyə təhvil verməyi düşünür.

Rakus.az xəbər verir ki, Elmir Muradov 30 ildən çoxdur pinəçilik edir. Gəliri az olsa da uzun illərdir kiçik bir köşkdə işləyir. Ədəbiyyata marağı olan pinəçi bu gün həm də olduqca qiymətli əşyanı – Cümhuriyyət dövründən qalma bir boşqabı göz bəbəyi kimi qoruyur. Ata babası Hacı Ələkbər bacısı gəlin köçəndə bu boşqabı ona hədiyyə edib. Boşqabın ortasında Azərbaycan Xalq Cümhuriyyətinin səkkiz guşəli gerbi də əks olunub: “Atamın bibisi qızı bu boşqabı lazımsız əşya kimi atırdı. Dedim, ver mənə, saxlayacağam. Artıq 30 ildir bu boşqab məndədir”.

E.Muradovun sözlərinə görə, bu boşqabla maraqlananlar, satın almaq istəyənlər çoxdur. Amma o, heç kimə satmaq barədə düşünmür.

Bildirək ki, 100 illik boşqab pinəçiyə ata babası Hacı Ələkbərdən yadigar qalıb. Hacı Ələkbər vaxtilə 1918-ci ildə ermənilərin Azərbaycanda törətdikləri soyqırımına qarşı mübarizə aparanlardan biri olub: “Mirbağır Ağa ilə mənim ata babam qonşu olublar. Ağa gəlib babama deyib ki, türk paşalar gəlib vətənimizə, gedək onları qarşılayaq. Sonra beş paşa gəlib bizim evdə qalıb. Həmin gecə atamın əmisi oğlu dünyaya gəlib. Bu xoş xəbərlə Ramazan paşa öz adını uşağa qoyub. O, necə həkim idisə, uşaq da böyüdü, oxudu, həkim oldu”.

Gələcəkdə boşqabı muzeyə verəcəyini deyən pinəçi bir əsr yaşı olan bu əşyanın onun üçün var-dövlətdən də dəyərli olduğunu bildirir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS