PL-nın XII turunun rəmzi komandası açıqlandı
Azərbaycan Premyer Liqasının 12-ci turunun rəmzi komandası açıqlanıb.
Rakus.az PFL-in saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, rəmzi komandada “Sabah”dan 5, “Neftçi” və “Zirə”dən 2, “Qarabağ” və “Səbail”dən isə hərəyə 1 futbolçu yer alıb.
Qapıçı: Saşa Stamenkoviç – 268 (“Sabah”)
Müdafiəçilər: Məqsəd İsayev – 238 (“Sabah”)-2, Adrian Skarlatake – 269 (“Zirə”)-2, Kərim Diniyev – 288 (“Sabah”), Ömər Buludov – 294 (“Neftçi”)
Yarımmüdafiəçilər: Turan Manafov – 336 (“Səbail”)-2, Soni Mistivar – 319 (“Neftçi”)-2, Hendrik Ekşteyn – 314 (“Sabah”)-2, Xayme Romero – 261 (“Qarabağ”)-2
Hücumçular: Ulise Diallo – 309 (“Sabah”), Xulio Sezar Rodriqez – 317 (“Zirə”)-3
Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.
Turun ən yaxşı futbolçusu isə 336 göstərici ilə “Səbail”in oyunçusu Turan Manafov seçilib. Gənc futbolçu “Sabah”a qarşı görüşdə (1:3) 90 dəqiqə meydanda olub və qol ötürmə ilə yadda qalıb.