Gündəm 28.03.2020 18:00

Polis postlarından keçməyin QAYDASI təsdiqləndi

Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydası təsdiqlənib. 

Rakus.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qaydaya əsasən, polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:

– operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

– yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

– təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlar ilə gedən ailə üzvləri (iki nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri – təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;

– respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər – polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;

– yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;

– xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

– xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

– öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.

Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar ([email protected]). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.

Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.

Eyni vaxtda polis postundan beşdən artıq işçisi keçən müəssisə və təşkilat onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.

Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO