Polis səfiri saxladı, XİN xəbərdarlıq etdi - FOTO
Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera tələbələrin etiraz aksiyasında iştirak etdiyinə görə polis tərəfindən bir neçə saat saxlanılıb.
Rakus.az xəbər verir ki, qəzaya uğrayan Ukrayna təyyarəsində ölənlərin anım mərasiminə toplanan tələbələr hökumətin istefasını tələb edərək aksiya keçiriblər. Aksiyada iştirak edənlərdən biri də Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera olub. Səfiri ictimai qaydaları pozduğuna görə polis şöbəsinə aparılıb və bir neçə saat saxlanılıb.
İranın Xarici İşlər Nazirliyi səfirin hərəkətlərini müstəqil dövlətin daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Böyük Britaniyanın səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və xəbərdarlıq edilib.
Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab rəsmi Tehranı tənqid edərək səfirin polis tərəfindən bir neçə saatlıq saxlanılmasını qanunsuzluq adlandırıb.