İqtisadi 31.01.2020 09:56

Politoloq sözü: “Azərbaycanın regionda çəkisi artır”

“Hazırda dünyada və regionda hadisələr dinamik inkişaf edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri mühüm əhəmiyyət kəsb edir”.

Rakus.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, son illərdə reallaşdırılan TANAP və “Türk axını” layihələri eyni vaxta təsadüf edir. Diqqət yetirin, Azərbaycan regionda həyata keçirilən çoxtərəfli formatlarda təşəbbüskar və iştirakçı kimi çıxış edir. Məsələn, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Gürcüstan-Türkiyə formatları və sair. Bu, qarşılıqlı iqtisadi əməkdaşlığın, siyasi maraqların üzərində qurulub və regionda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

“Enerji layihələrinin həyata keçirilməsi geosiyasi hadisələrin və proseslərin sürətlənməsinə bilavasitə öz təsirini göstərir. Bizim regionda xeyli formatda danışıqlar aparılır, layihələr həyata keçirilir. Bu format və layihələrdə Azərbaycan xüsusi fəallığı ilə seçilir”, – deyən İ.Vəlizadə qeyd edib ki, regionda enerji xəritəsini bir neçə ölkə müəyyənləşdirir. Bu ölkələrdən biri də Azərbaycandır. Təbii ki, bütün bunlar siyasətə də öz təsirini göstərir və vacib geosiyasi amilə çevrilir. Ümumiyyətlə, Azərbaycan regionda aparıcı ölkə kimi tanınır. Burada iqtisadi inkişaf və təhlükəsizlik böyük önəm daşıyır. Bütün bu amillər Azərbaycanın regionda dayanıqlılığını və çəkisini artırır.

Onun sözlərinə görə, yaşadığımız mürəkkəb regionda bəzi destruktiv qüvvələr var ki, onlar layihələrin reallaşmasını istəmir və hər vasitə ilə mane olmağa çalışırlar. Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr regiondakı destruktivliyi azaltmağa imkan verir. Bu layihələr, eyni zamanda, əməkdaşlıq platformasına çevrilir.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda da dediyi kimi, Azərbaycan digər ölkələrlə münasibətində əməkdaşlığa hər zaman açıqdır. Ölkəmiz rəqib sayılan enerji layihələrinin həyata keçirilməsində çalışır ki, münasibətləri elə tənzimləsin ki, rəqabət əməkdaşlığa çevrilsin.

“Dövlətimizin başçısının Davosda qaz infrastrukturu ilə bağlı səsləndirdiyi təklif böyük maraq doğurdu. Digər ölkələrə də qaz infrastrukturundan istifadə imkanının verilməsi onu göstərir ki, Azərbaycan bütün tərəfdaşları ilə bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq etmək niyyətindədir. Təbii ki, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regionda geosiyasi gərginliyin azalmasına da zəmin yaratmış olur”, –  İ.Vəlizadə vurğulayıb.

Ermənistanın destruktiv siyasət apardığını və bunun regionda sabitliyin təmin olunmasına maneə yaratdığını bildirən politoloq qeyd edib ki, təcavüzkar ölkə 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu, regionda həm iqtisadi, həm də siyasi risklər yaradır. Bununla belə, işğalçı ölkəyə beynəlxalq normalar çərçivəsində təzyiqlər göstərilmir.

“Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir və regionda təhlükəsizliyin, dayanıqlılığın təmin olunmasına çalışır”, – politoloq əlavə edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO