Polşa – Azərbaycan oyunu təxirə salındı
Qadınlardan ibarət milli komandalar arasında aprel ayında keçirilməsi nəzərdə tutulan Avropa çempionatının seçmə mərhələ oyunları təxirə salınıb.
Rakus.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan millisinin də bir oyunu baş tutmayacaq.
Seçmə mərhələnin D qrupunda yer alan Siyasət Əsgərovun yetirmələrinin aprelin 9-da Polşa ilə səfər matçı təxirə salınıb. Həmçinin qrupun İspaniya – Moldova, İspaniya – Çexiya və Moldova – Polşa qarşılaşmaları da oynanılmayacaq.
Əgər təqvimdə hər hansı bir dəyişiklik olmasa, mübarizə iyunun 5-də Çexiya – Azərbaycan görüşü ilə bərpa ediləcək. Ancaq iyun ayındakı matçların da aqibəti bəlli deyil.
Xatırladaq ki, qrupda keçirdiyi 4 oyunun hamısında məğlub olan yığmamız 5 komanda arasında sonuncu pillədə qərarlaşır. (apa.az)