Portuqaliya-Azərbaycan matçı bu stadionda olacaq
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşmanın stadionu açıqlanıb.
Rakus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytına açıqlamasında matçın paytaxt Lissabonda yerləşən və “Sportinq” klubuna məxsus olan “Joze Alvalade” arenasında oynanılacağını bildirib.
Funksioner bu xəbəri elan etməkdən məmnunluq duyduğunu söyləyib: “Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək. Əminəm ki, birlikdə idman və sağlamlıqla bağlı problemlərin öhdəsindən gələcəyik”.
“Sportinq”in prezidenti Frederiku Varandaş da öz növbəsində yığmanın seçmə mərhələdəki ilk oyununun “Joze Alvalade” stadionuna salınmasından razı qaldığını vurğulayıb.
Xatırladaq ki, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.