Portuqaliya futbolun bərpası sual altındadır
Portuqaliyada peşəkar futbolun bərpası barədə qərar yaxın günlərdə qəbul ediləcək.
Rakus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Fernandu Qomeş bunu Baş Nazir Antoniu Koşta ilə görüşdən sonra bildirib.
Baş Nazir özünütəcrid rejiminin yüngülləşdirilməsi üzrə kompleks tədbirləri sayarkən yekun qərarın ehtimal ki, cümə axşamı elan olunacağını bildirib. Kiçik stadionlardan istifadənin mümkünlüyünə baxılır. Peşəkar futbol yarışlarının bərpasına gəlincə, Portuqaliya Futbol Liqası təsdiqləyir ki, yarışların bərpasından sonra stadionlarda gigiyenanı klublar təmin etməlidir, hakimlər komandasında COVID-19 testlərinin aparılmasına isə FPF cavabdehdir.
Birinci və ikinci liqanın oyunlarının bərpası rəsmi şəxslərin göstərişindən daim asılı olacaq. Klublar bütün məkanların təmizlənməsi və geyinib-soyunma otaqlarında dezinfeksiyaedici vasitələrin olması kimi qaydalara riayət etməlidirlər. Oyunda istifadə edilən topların yalnız dezinfeksiyadan sonra təkrar istifadəsinə icazə veriləcək.