Prezident İlham Əliyev erməni terroru nəticəsində Bərdədə dünyasını dəyişən vətəndaşların ailələrinə başsağlığı verib.
Rakus.az xəbər verir ki, bununla bağlı İlham Əliyev “Twitter” səhifəsində paylaşım edib:
“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.