Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Rakus.az xəbər verir ki, turun ilk günündə yeganə matçı Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilib. Ardıcıl iki qələbə ilə liderliyə şərik olan “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edib.
Uğursuzluq zolağında olan Qurban Qurbanovun yetirmələri bu oyunda da qələbəyə həsrət qalıblar. Ötən mövsüm yeganə məğlubiyyətini Ayxan Abbasovun yetirmələrindən alan son çempionun bu dəfə də üç xal qazana bilməyiblər.
Meydan sahibləri oyunda iki top fərqi ilə önə çıxsalar da, sonradan toparlanan “Qarabağ” əzmkarlıq göstərərək oyun əlavəedilmiş dəqiqələrdə bərabərliyə nail olub.
Qeyd edək ki, sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə”, ertəsi gün “Neftçi” – “Qəbələ” oyunu keçiriləcək.
Azərbaycan Premyer Liqası
IV tur
25 sentyabr
“Sumqayıt” – “Qarabağ” – 2:2
Qollar: Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 – Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”