Siyasi 23.07.2019 15:17

Prezident dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.

Rakus.az xəbər verir ki, Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçib.

Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və fəal dialoqun aparıldığını qeyd edib. Dövlətimizin başçısı İsveçrə Prezidenti ilə bu ilin yanvarında keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev İsveçrə Prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çərçivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əlaqələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu deyib. Dövlətimizin başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirib, İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd edib.

Azərbaycanda səfir təyin olunmasından şərəf duyduğunu bildirən Muriel Peneveyre səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, bu yaxınlarda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini məmnunluqla qeyd edərək Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

***
Prezident İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

Rakus.az xəbər verir ki, səfir Yubazlan Bin Yusof fəxri qarovul dəstəsinin qarşısından keçib.

Yubazlan Bin Yusof etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Yubazlan Bin Yusof Malayziyanın ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb. Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlətimizin başçısı Malayziyanın ali rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziyanın ali rəhbərliyinə çatdırmağı xahiş edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO