Prezident İlham Əliyev Moskvaya getdi
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri başlayıb.
Rakus.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüç keçiriləcək.
Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.
xxx
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqlarda iştirak etmək üçün Moskvada səfərdədir.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin maşın karvanı Kremlə doğru yola çıxıb.