Gündəm 23.04.2020 15:51

Prezident İlham Əliyevə Ramiz Mehdiyev məktub yazdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Rakus.az xəbər verir ki, məktubda deyilir:

“Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığı ardıcıl və məqsədyönlü iş ölkəmizin, xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin edib. Həmçinin, böyük inkişafa nail olmağa tam şərait yaradıb.

İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir.

Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.

Eyni zamanda, koronavirus dövründə Türk Şurasının onlayn fövqəladə iclasını keçirməyiniz, dövlət başçıları ilə apardığınız müzakirələr və qəbul olunmuş bəyannamə qlobal pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə Sizin verdiyiniz mühüm töhfə və əsl nümunədir.

Sizin böyük uzaqgörənliyinizlə illərdən bəri səhiyyə sahəsində həyata keçirilmiş islahatlar bu gün pandemiya şəraitində bir çox problemlərin zamanında tam həll olunmasına şərait yaradır.

Ölkəmizdə özəl sektorun fəaliyyətinin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanılması, iqtisadiyyatın real sektorunun işinin davam etdirilməsinin təmin olunması xalqımıza böyük qayğının əməli ifadəsidir və postpandemiya dövrünün çağırışlarına tam cavab verir.

Azərbaycan alimləri koronavirus dövrünün proseslərini və hadisələrini diqqətlə izləyib təhlil etməyi və çıxış yolları haqqında proqnozlar hazırlamağı özlərinə borc bilirlər.

Cənab Prezident, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi həmişə olduğu kimi, pandemiya dövründə də ölkəmizi və xalqımızı bu çətin imtahandan uğurla çıxaracağınıza ürəkdən inanır.

Bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyiniz böyük xidmətlərə görə Azərbaycan alimlərinin dərin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO