Siyasi 18.02.2020 13:03

Prezident İlham Əliyevin möhtəşəm diplomatik qələbəsi – Əli Əhmədov

Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında açıq müzakirələr artıq neçə gündür ki, gündəmi zəbt etməkdədir. Mövzunun təkcə Azərbaycanın və təcavüzkar Ermənistanın deyil, həm də dünyanın bir sıra aparıcı mətbuat orqanlarının diqqətində olması ona olan marağın miqyasından xəbər verir.

Rakus.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavin – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində paylaşım etdiyi “Prezident İlham Əliyevin möhtəşəm diplomatik qələbəsi” sərlövhəli məqaləsində yer alıb.

Ə.Əhmədov məqaləsində bildirib: “Etiraf etmək lazımdır ki, son bir neçə ay ərzində müxtəlif beynəlxalq meydançalarda iki ölkə rəhbəri arasında baş tutan mükalimələr böyük ictimai rezonansa səbəb olmuşdur. Bu müzakirələr hər şeydən əvvəl geniş beynəlxalq auditoriyanın həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini daha yaxşı anlamasına, həm də, bu da çox vacib məqamdır, münaqişə tərəflərinin öz mövqeyini, deməli, tarixi həqiqəti təqdim etmək potensialını üzə çıxarmasına imkan yaradır. Artıq İlham Əliyevin təqdimatında Azərbaycanın mövqeyinin getdikcə güclənməsinin, arqument bazasının möhkəmlənməsinin, Paşinyanın təqdimatında isə tam əksinə olaraq, təcavüzkar Ermənistanın mövqeyinin zəiflənməsinin davam etməsinin şahidi oluruq. Münxen Təhlükəsizlik Konfransı bu baxımdan istisna təşkil etmədi”.

Ə.Əhmədov fikirlərini davam etdirərək qeyd edib: “Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında canlı şəkildə izlədiyimiz müzakirələr birmənalı şəkildə Azərbaycanın dövlət başçısının təcavüzkar dövlətin rəhbəri ilə müqayisədə böyük üstünlüyünün nümayişinə çevrildi. Əvvəla, intelektual müstəvidə iki lider arasında ciddi fərqlər aydın şəkildə nəzərə çarpdı. İkincisi, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və tarixi ilə əlaqədar həqiqətləri daha aydın və arqumentləşmiş şəkildə dinləyicilərə və izləyicilərə çatdırdı. Ən əsası isə dövlət başçımız Azərbaycanın mövqeyini layiqincə müdafiə etməyə, daha sanballı arqumentləri ilə təcavüzkar dövlətin rəhbərini demək olar ki, bütün arqumentlərdən məhrum etməyə, başqa sözlə desək, tərksilah etməyə nail ola bildi.

Heç şübhəsiz, Münxen Təhlükəsizlik Konfrasında açıq müzakirələr Prezident İlham Əliyevin baş nazir Paşinyan üzərində qəti və inandırıcı intellektual, nəzəri-tarixi, mənəvi və psixoloji qələbəsi ilə tarixə düşdü. Daha əhəmiyyətlisi isə odur ki, Prezident İlham Əliyevin timsalında Azərbaycanın Ermənistandan mənəvi-psixoloji üstünlüyü özünün aydın təsdiqini tapdı. Görünür, bu səbəbdəndir ki, işğalçı Ermənistanın siyasətçiləri və ekspertlərindən tutmuş adi insanlarına qədər hamı Paşinyanın ağır məğlubiyyətini etiraf edir və buna görə ona qarşı ən sərt ittihamları irəli sürməyə başlayır”.

Ə.Əhmədov fikirlərini bu cür tamamlayıb: “Mən qətiyyətlə, daxili inamla Münxen Təhlükəsizlik Konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin çıxışını, gətirdiyi arqumentləri, Paşinyanın əlacsız vəziyyətə düşməsini Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyinin bütün dünyaya daha ətraflı çatdırılması sahəsində möhtəşəm addım hesab edirəm.

Münxen Təhlükəsizlik konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini ləyaqətlə, bacarıqla və qətiyyətlə müzakirə etməsi, heç birimizin şübhə etmədiyimiz həqiqəti bir daha sübuta yetirdi: Ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir. Bu fikirlər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli perspektivlərinə şamil edilə bilər və edilməlidir”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS