Prezident Özbəkistanı üzv olması münasibəti ilə təbrik etdi
“Özbəkistanı Türk Şurasına üzv olması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”.
Rakus.az xəbər verir ki, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə müdrik qərarına görə təşəkkürünü çatdırıb: “Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək”.
Prezident İlham Əliyev qeyd edib ki, Macarıstanın da Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur: “Burada Macarıstan Baş Naziri Viktor Orbanın şəxsən rolunu qeyd etmək istərdim. Macarıstanda Türk Şurasının nümaynədəliyi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafına təkan verəcək”.