Siyasi 05.02.2020 19:21

YENİLƏNDİ: Prezident Qırğız Respublikasının XİN başçısını qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovu qəbul edib.

Rakus.az xəbər verir ki, nazir Çingiz Aydarbekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, sizi görməyimə şadam. Sabah sizin mühüm tədbiriniz başlayır. Əminəm ki, tədbir bizim ötən il keçirdiyimiz Sammit zamanı dövlət başçıları tərəfindən verilən bütün tapşırıqlar ruhunda yaxşı keçəcək. Əlbəttə, təşkilatımız ildən-ilə güclənir və bütün türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsi üzrə çox mühüm məsələləri həll edir. Son zamanlar həm siyasi qarşılıqlı fəaliyyət planında, eyni zamanda, iqtisadi inteqrasiya üzrə və mədəniyyət, təhsil sahələrində çoxlu təşəbbüslər irəli sürülüb. Həm fond yaradılıb, həm də akademiya fəaliyyət göstərir. Beləliklə, biz öz işimizi daha məzmunlu edirik.

Hesab edirəm ki, ötən il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olub. Mən beynəlxalq tədbirlər çərçivəsində Prezidentlə bir neçə dəfə görüşmüşəm. Əməkdaşlığın möhkəmlənməsi istiqamətində bu il də mühüm tədbirlər nəzərdə tutulub. Qırğızıstan bizim üçün çox yaxın ölkədir, qardaş ölkədir və biz ikitərəfli qarşılıqlı fəaliyyəti inkişaf etdirmək istəyirik. Beləliklə, düşünürəm ki, bu il siz öz həmkarınızla birgə həyata keçirəcəyiniz tədbirləri müəyyən edəcəksiniz.

Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov dedi:

-Hörmətli İlham Heydər oğlu, çox sağ olun. İlk növbədə, Sizə təşəkkürümü bildirmək istərdim. Gərgin iş rejiminə baxmayaraq, Siz görüşmək və hər şeydən əvvəl Qırğızıstan-Azərbaycan münasibətlərinin perspektivlərini müzakirə etmək üçün vaxt tapdınız. Siz qeyd etdiyiniz kimi, ötən il və ondan əvvəlki il Sizin şəxsi diqqətiniz və qardaşlıq, dostluq münasibətlərimizi möhkəmləndirmək istiqamətində bizim Prezidentin səyləri sayəsində əməkdaşlıq çox fəal şəkildə inkişaf edib. Ötən il türkdilli dövlətlərin başçılarının Bakı Sammitində tarixi hadisə baş verdi, təşkilatımız böyüdü, bundan başqa, Avropada Türk Şurasının ofisi açıldı. Zənnimizcə, Sizin bizim Prezidentimizlə çox vacib görüşünüz oldu. Həmin görüşdə siz tərəflərin hökumətlərinin icra etdikləri, reallaşdırdıqları konkret perspektiv, aktual razılaşmaları müəyyən etdiniz. Onların arasında Qırğız-Azərbaycan məktəbinin, Qırğız-Azərbaycan dostluq parkının tikintisi haqqında razılaşma da var. Ötən il dekabrın 24-də biz məktəbin təməlini qoyduq. Bu il yanvarın 10-da isə şəxsən bizim Prezidentin iştirakı ilə, – o, qardaşlıq münasibətlərimizə böyük diqqət yetirir, – park zonasının təməlqoyma mərasimi oldu. Bu, şəhərimizin ən mötəbər nöqtəsidir və şəhərimizin sakinləri bunu böyük ruh yüksəkliyi ilə qarşıladılar. Biz Sizin Qırğız Respublikasına rəsmi səfərinizi səbirsizliklə gözləyirik.

15:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS