Gündəm 16.07.2020 19:00

Prezidentə təşəkkür MƏKTUBLARI gəlir

Respublikanın müxtəlif guşələrindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktublar gəlir.

Rakus.az Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir:

“Hörmətli cənab Prezident.

Bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq çox təsirləndirdi. Sizin komandanlığınızla bu ruhla, bu inamla və ən əsası xalqın gücünü, dəstəyini bu cür hiss edən bir ordunun qarşısını heç bir ordu kəsə bilməz.

Cənab Prezident, biz Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin üzvləri Sizin döyüş əmrinizi gözləyirik.

Hörmətlə,

Tağızadə Cəlal Əbülfət oğlu

Azərbaycan Respublikası, Samux rayonu”.

“Hörmətli cənab Prezident.

Bu günlərdə sərhəd bölgəmizdə güclü ordumuzun düşmənə sarsıdıcı zərbələrlə onların döyüş mövqelərini darmadağın etməsinin şahidiyik. Biz bir vətəndaş olaraq, bir əsgər olaraq hər zaman Sizin yanınızdayıq. Qələbəni səbirsizliklə gözləyirik.

Mən ehtiyatda olan əsgər kimi döyüşə hazıram. Biz Sizinlə bir yerdə güclüyük. Sizin döyüş əmrinizi gözləyirik.

Hörmətlə,

Kazımlı Elvin Lətif oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

“Hörmətli cənab Prezident.

Biz gənclərə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vətənin bu çətin günündə biz gənclər Vətən qarşısında öz borcumuzu qaytarmağa hazırıq.

Cənab Ali Baş Komandan, bütün məcburi köçkün gəncləri adından deyə bilərəm ki, hər birimiz əsgərik və bunu Sizin bir əmrinizlə mənfur düşmənə sübut etməyə, Sizin rəhbərliyinizlə öz ata-baba yurdumuzu erməni işğalçılardan təmizləməyə hazırıq.

Hörmətlə,

Ayna Zeynalova

Azərbaycan Respublikası, Zəngilan rayonu”.

“Hörmətli cənab Prezident.

Vətənimlə, düşmən qarşısında dərhal birləşən, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazır olan xalqımla bir azərbaycanlı kimi qürur duyuram. Qətiyyətinizə görə Sizə, birləşdiyinə görə xalqıma, əzəli Azərbaycan torpaqları uğrunda döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin döyüş əmrinizi gözləyir və iradənizə inanıram.

Hörmətlə,

Abdullayev Teymur Firdovsi oğlu

Azərbaycan Respublikası, Samux rayonu”.

“Hörmətli cənab Prezident.

Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın dayağı, Vətənimizin cəsur və müdrik oğlusunuz. Azərbaycan xalqı Sizi sevir və daim Sizinlədir. Sizin yüksək idarəçiliyiniz və bacarığınız sayəsində bu gün Azərbaycan dünyada tanınır və ölkəmizin nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əsasında xalqla iqtidar arasında mövcud olan möhkəm birlik də xüsusi yer tutur. Bizim birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.

Cənab Prezident, biz gənclər Sizi, Sizin siyasətinizi dəstəkləyirik və Sizin əmrinizi gözləyirik.

Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Biz gənclər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşə getməyə hazırıq. Biz birlikdə güclüyük.

Möhtərəm cənab Prezident, bütün sahələrdə yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi hər zaman pənahında saxlasın.

Hörmətlə,

Nəbiyev Əli Elxan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli cənab Prezident.

Bu gün ordumuzun qüdrəti düşmən tərəfin canına təşviş salıb. Onların narahatlığı əbəs deyil. Əminik ki, güclü ordumuz Sizin sayənizdə torpaqlarımızı yağı düşməndən azad edəcək.

Mən ehtiyatda olan əsgərəm. Vətənin müdafiəsi uğrunda sağlamlığımı itirmişəm. Amma bu gün də yenidən Qarabağımızın azad olunması üçün döyüşməyə hazıram və əmrinizi gözləyirəm.

Hörmətlə,

Nağıyev Sənan Sabir oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaragüney kəndi”.

“Hörmətli cənab Prezident.

Azərbaycan Ordusunda maddi-texniki təchizatın, o cümlədən hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin yüksək səviyyədə olması artıq düşmən tərəfə də bəllidir. Düşmən yaxşı bilir ki, Azərbaycanın üzbəüz dayandığı ordu son dövrlər qüdrətini xeyli artırıb, yüksək döyüş potensialına malik olub.

Şübhəsiz ki, bunun arxasında Sizin dayanıqlı siyasətiniz, eyni zamanda, dövlət-vətəndaş birliyi dayanır.

Bir gənc olaraq torpaqlarımızı düşməndən azad etmək üçün Sizin əmrinizi gözləyirəm. Sizin qətiyyətiniz və iradəniz bizlərə güvənc verir. Biz birlikdə güclüyük.

Hörmətlə,

Həsənov Dövran Zülfəli oğlu

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Abdulabad kəndi”.

“Hörmətli cənab Prezident.

Dünyanı ağuşuna alan pandemiya dövründə məhz Sizin qabaqlayıcı tədbirlər nəticəsində qonşu dövlətlərlə müqayisədə bizim ölkədə bu

virusa yoluxanlar azdır. Sizin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə həyata keçirdiyiniz sosial layihələr əhalinin maddi rifah halının

yaxşılaşdırılmasında əvəzsiz rol oynayır. Koronavirus yayılmağa başlayan vaxtdan yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi əhalinin sağlamlığına göstərilən diqqətin və qayğının təzahürüdür. Həmişə olduğu kimi, yenə də xalqla birgə olduğunuzu əməlinizlə sübut etdiniz. Buna görə Sizə minnətdarlığımızı bildiririk.

İnanırıq ki, Sizin rəhbərliyinizlə bu sınaqdan az itkilərlə çıxıb, əvvəlki həyatımıza davam edəcəyik.

Hörmətlə,

İntiqam Mustafayev

Azərbaycan Respublikası, Tərtər rayonu”.

“Hörmətli cənab Prezident!

Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının üzvlərinin adından salamlayır, keçmiş döyüşçülərin daim Sizə inandıqlarını, hər an döyüş əmrinizə hazır olduğumuzu bildiririk.

Azərbaycanın inkişafını gözü götürməyən namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bu dəfə də belə oldu.

Hər bir Azərbaycan vətəndaşı bilir ki, Azərbaycan dövləti əmin əllərdədir, çünki sabitliyimizin qarantı olan Siz varsınız, sərhədlərimizi qoruyan rəşadətli ordumuz, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisimiz var.

Hörmətlə,

Vəliyev Etibar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri

Azərbaycan Respublikası, Tovuz rayonu”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO