Gündəm 16.04.2020 10:21

Prezidentə təşəkkür MƏKTUBLARI gəlir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlət başçısının ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Rakus.az xəbər verir ki, bir neçə gündür vətəndaşlar Azərbaycan dövlətinin iqtisadi itkiləri azaltmaq yönündə, sosial sferada həyata keçirdiyi tədbirlər planını alqışlayırlar.

Daşkəsən rayonu, Bayan kənd sakinləri Firdovsi Rəcəbov, Bayraməli Orucov, Sakit Əhmədov bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edib:

“Möhtərəm cənab Prezident, yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyiniz dəstəyi hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik. Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı. Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcəkdir. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk”.

Bakı şəhəri, Xətai rayonundan Hüseyn Hüseynov məktubunda Prezident İlham Əliyevin iradəsi ilə dövlətimizin qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacağına inandığını bildirib:

“Zati-aliləri, möhtərəm cənab Prezident, mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.

Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun”.

Bakı şəhəri, Suraxanı rayonundan Sədaqət Manafova, İsmayıl Caniyev, Şahin Qəzənfərov, Rövşən Cabbarov, Zaur Məmmədovxanov və Validə Abdullayeva isə məktubda yazırlar:

“Hörmətli cənab Prezident, son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların icrası ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib. İlin əvvəlindən Yeni Suraxanı qəsəbəsində bir neçə küçə və yaşayış məntəqəsində daxili yollara asfalt örtüyün çəkilməsi bütün qəsəbə sakinlərini çox sevindirdi. Bundan sonra insanlar və avtomobillər bu yollarla daha rahat hərəkət edəcək. Bütün hallarda insanların rahatlığını düşünərək onların qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!”.

Bakı şəhəri, Nəsimi rayonundan Zinyət Əhmədova yazır ki, Prezident İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olaraq onun sevincinə də, kədərinə də şərik çıxdığını vurğulayıb:

“Möhtərəm Prezident, hazırda planetin 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri diqqətlə izləməyinizin və nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan ölüm hallarının sayına görə son pillələrdədir. Xəstəliyə yoluxan insanların Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğınız sayəsində bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılıq etmələri bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz ilə biz bu xəstəlikdən tezliklə xilas olacağıq. Siz hər zaman vətəndaşın yanında olub onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun”.

Göyçay rayonunun Çayarxı kənd sakini Nəriman Paşayev rayon sakinləri adından dövlət başçısı minnətdarlığını bildirib: “Hörmətli cənab Prezident, Siz istirahət etmədən xalqımızın qayğısına qalırsınız. Buna görə Sizə Göyçay rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Bir çox ölkələrdən fərqli olaraq koronavirus epidemiyasının ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi öz nəticəsini verdi.

Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Allahın izni ilə bu bəla tezliklə çəkilib gedəcək, respublikamız daha da inkişaf edəcəkdir. Buna görə də xalq daim Sizin arxanızdadır. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır.

Ulu Tanrı Sizi və ailənizi qorusun!”

Bərdə rayonun Şorəlli kənd sakini, Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün olan Nazim Paşayev isə ölkə başçısının Azərbaycan xalqına göstərdiyi qayğının tarixboyu xatırlanacağını vurğulayıb:

“Möhtərəm cənab Prezident, dünyanı bürüyən pandemiya ilə əlaqədar Sizin vaxtında gördüyünüz tədbirlər və verdiyiniz tapşırıqlar sayəsində ölkəmizdə epidemiyanın qarşısının alınmasına nail olundu. Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də sərhəddə, səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Allah köməyiniz olsun. Sizin Azərbaycan xalqına göstərdiyiniz ata, qardaş qayğısı tarixboyu xatırlanacaq. Var olun, cənab Prezident!

Biz döyüşdük, amma torpaqlarımızı, xalqımızı layiqincə qoruya bilmədik. Ancaq Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz. İnşallah, Allahın köməyi ilə Sizin sayənizdə biz bu bəladan üzüağ və minimum itki ilə çıxacağıq. Sizə uğurlar arzulayıram”.

Naftalan şəhərindən Afiq Muradov isə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır:

“Möhtərəm cənab Prezident, bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılır. Sizin qətiyyətli tapşırıqlarınız nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Hazırlanmış sosial-iqtisadi paketlər, həkimlərimizi ilk gündən diqqət mərkəzində saxlamanız bizim gələcəyə ümidimizi daha da artırır. Ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür. Biz həkimlər əminik ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq. Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi, dövlətimizi, millətimizi qorusun”.

Quba rayonundan Tehran Əmiraslanov məktubunda qeyd edir ki, bu çətin günlərdə Prezident İlham Əliyevin tapşırığı ilə əhaliyə göstərilən diqqət ölkənin hər yerini – bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir:

“Hörmətli cənab Prezident, hazırda dünya gözəgörünməz bir virusla böyük mübarizə aparır. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Bu arzuolunmaz “qonaq” əlbəttə ki, bir gün bizləri tərk edəcək. Sizin sözlərinizlə desək, bu çətinlikdən də ən az zərərlə qurtulmaq lazımdır. Sizin təxirəsalınmaz tapşırıqlarınız və ciddi nəzarətiniz ilə ölkəmizdə böyük tədbirlər görüldü və görülməkdədir. Əhaliyə göstərilən diqqət ölkənin hər yerini – bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir. Bu proseslər biz vətəndaşların gözü önündə baş verir və buna görə də Sizə təşəkkür edirik.

Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərdiyiniz yardım təqdirəlayiqdir. Buna görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Rayonumuzun sahibkarları, o cümlədən mən Sizlərin sahibkarlara göstərdiyiniz yardımlardan yararlandıq. Sizə bir daha minnətdarlığımı bildirirəm”.

Sabirabad rayonu, Qaragüney kənd sakini Nurlan Kərimli bildirib ki, dövlət başçısının tam zamanında verdiyi müdrik və qətiyyətli qərarlar, sərəncamlar, görülmüş tədbirlər pandemiyanın yayılmasının qarşısını kəskin şəkildə alır:

“Hörmətli cənab Prezident, hazırda dünya ölkələri koronavirus pandemiyasının yayılmasının qarşısını almaqda böyük çətinlik çəkirlər. Ölkəmiz Sizin qətiyyətli addımlarınız sayəsində bu bəlanın öhdəsindən az itkilərlə gəlməyə çalışır. Sizin bu çətin günlərdə qəbul etdiyiniz qərarlardan çox qürurlandım. Tam zamanında verdiyiniz müdrik və qətiyyətli qərarlar, sərəncamlar, görülmüş tədbirlər pandemiyanın yayılmasının qarşısını kəskin şəkildə alır. Sizin və Mehriban xanımın Azərbaycan xalqını böyük fəlakətdən xilas etmək üçün göstərdiyiniz fədakarlığı və qayğını bütün xalqımız kimi, biz də çox dəyərləndiririk.

2010-cu ildə də baş verən su daşqını zamanı kəndlərimizə dəyən zərərin nəticələri Sizin göstərişinizlə qısa müddətdə aradan qaldırılmışdır. Azərbaycanda görülən tədbirlər, əhalinin zərərçəkən təbəqəsi üçün nəzərdə tutulan güzəştlər insanları razı salır. Sizin tapşırıqlarınız hazırki çətin günlərdə də yarana biləcək narahatlıqları aradan qaldırır.

Cənab Prezident, xalqa göstərdiyiniz böyük qayğıya görə mən Sabirabad rayonunun Qaragüney və Dadaşbəyli kəndlərinin ictimaiyyəti adından Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti, Azərbaycan xalqı, gələcək nəsillərin xoşbəxtliyi naminə Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirik.

Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üstündən çəkilməsini diləyirik”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO