Prezidentə yazırlar: “Qələbə bizimlədir!”
Azərbaycanlılar və xarici vətandaşlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.
Rakus.az xəbər verir ki, müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.
Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda ölkə başçısının rəhbərliyi altında silahlı qüvvələrimizin cəbhədə qəhrəmanlıq salnaməsi yazdığı vurğulanır.
Müraciət müəllifləri Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini qeyd edirlər.
Azərbaycan xalqı əminliklə bildirir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində əzəmətlə dalğalanacaq.