Gündəm 05.11.2019 18:01

“Primakov müsabiqəsi” ciddi naraziliqla qarşılanır

Bakı Slavyan Universiteti (BSU) bu günlərdə 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsi keçirib. Universitetdə keçirilən bu tədbir Azərbaycan cəmiyyətində heç də yaxşı qarşılanmayıb. Müsabiqəyə xeyir-dua vermiş BSU  rəhbərliyi ciddi tənqidlərə tuş gəlib. Olay günlərdir müzakirə olunur.

Rakus.az xəbər verir ki, “20 Yanvar” İctimai Birliyinin sədri Soltan Əzimzadə açıqlamasında belə bir müsabiqənin keçirilməsindən hiddətləndiklərini vurğulayıb.

““Primakov müsabiqəsi” ilə bağlı “20 Yanvar” İctimai Birliyi adından bəyanat vermişik. Eyni zamanda, bir neçə təşkilatlar var ki, onlarla da əlaqə saxladıq. Həmin qurumlar da bizimlə eyni fikirdə oldular. Bəyanatın mətnini müvafiq dövlət orqanlarına göndərdik. Hətta,  YAP  icra katibinin müavini Siyavuş Novruzova zəng etdim. Sualım o oldu ki, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva YAP Qadınlar Şurasının sədridir. Yeni Azərbaycan Partiyasını təmsil edən,  bu cür yüksək postu tutan biri Primakova haqq qazandırırsa, o zaman YAP-ın mövqeyi nədən ibarətdir?! Siz bu qadını YAP sıralarında saxlamaq istəyirsiniz, yoxsa,  istəmirsiniz?! Sadəcə olaraq  vətəndaş mövqeyindən çıxış edərək suallarımı ünvanladım”.

Soltan Əzimzadə deyib ki, Nurlana Əliyevanın YAP-ın üzvlüyündən çıxarılmasına tərəfdardır və partiyaya müraciətində bunu qeyd edib.

“20 Yanvar” İctimai Birliyinin sədri vurğulayıb ki, Primakovun 90 illik yubileyinə həsr edilən esse müsabiqəsiə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) reaksiya verəcəyi günü də səbirsizliklə gözləyiblər:

“QMİ sədri Allahşükür Paşazadə 20 Yanvar hadisələrinin törədilməsində birbaşa iştirak etmiş Yevgeni Primakovun şərəfsizliyinin şahidi olmuş adamdır. İstəklərimdən biri o idir ki, şeyximiz də buna reaksiya versin. Nəhayət ki, bu gün səhər Allahşükür Paşazadə hadisəyə münasibətini bildirib. Sağ olsun ki, milli mövqeyini ortaya qoyub.

Nəyə görəsə rəsmi olaraq dövlət səviyyəsində buna münasibət bildirilmir. Nurlana Əliyeva hələ də Bakı Slavyan Universitetində rektor olaraq çalışır”.

Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.

Bu münasibətlə oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş BSU tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovaya diplom verib.

Y.Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. Faciə nəticəsində 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub

Yevgeni Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. O, Sənaye Ticarət Palatasının prezidenti postunda 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi çalışıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO