Psixoloqların diaqnostik qiymətləndirilməsi başa çatdı
Dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb.
Rakus.az xəbər verir ki, ümumilikdə 2 min 757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 min 633 namizəd qatılıb.
Təhsil Nazirliyindən bildirilib ki, namizədlər arasında Bakı şəhəri 263 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Zeyniyeva 55 bal toplayaraq ən yüksək nəticəni göstərib. G.Zeyniyeva 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində fizika ixtisası üzrə bakalavr, 2000-2001-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya üzrə yenidənhazırlanma təhsili alıb. O, 13 ildir Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərir.